Əvəz istəməzlər məhəbbət üçün,Qalsın qulağında bu sözlər sənin.Təpədə bir palıd göyərdi bu gün,Oxşadı gözünü gəlib-gedənin.

Yüksəldi o qədər, qalxdı o qədər,Dedilər: bu palıd göyə dayaqdır.Ərzin bir parçası uçulsa əgər,Dedilər: bu palıd saxlayacaqdır.

Səmanın sayrışan səyyarələriQonardı palıdın yarpaqlarına.Gecələr qanadı təyyarələrinDəyərdi palıdın budaqlarına.

Çətirdə genişlik, boyda ucalıqPalıdı salmışdı dilə, ağıza,Palıdın insantək düşmüşdü artıqSöhbəti kitaba, şəkli kağıza.

Təpəni yadına salan olmadı,“Təpə üstündəki palıd” dedilər.Sonra tək çəkildi palıdın adı,Bürüdü təpəni qüssə, qəm, kədər.

“O mənim sinəmdə qalxdı, ucaldı,Bu qədər nankorluq kimdə var, kimdə?Adıma, üstümə o kölgə saldı,İndi heç görünmür yüksəkliyim də!”

Palıd dinlədi bu giley-güzarı,Titrədi təpənin acı sözündən,Sanki sındı onun palıd vüqarı,Boyu, ucalığı düşdü gözündən.

Dedi: “Təpəninmiş bu şan, bu şöhrət...”Ah çəkdi, ahından göylər ağladı.Bütün qəzəbilə coşdu təbiət,Səmanı çarpazı şimşək dağladı.

Bu dərdlə yaşaya bilməyəcəkdi,Palıd bu dəhşəti duydu yenidən.Odlu bir şimşəyi köksünə çəkdi,Onu kül elədi şimşək də fövrən.

İndi dağ boydadır təpə həsrəti,Palıdsız anılmır, qalıb tənha, tək.Çox zaman bilmirik biz bu hikməti:Kim kimin adıyla şöhrətlənəcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets