Page 2 of 3 · 33%

– Bura bax, kişi, — dedi, — bu xanimanda, sənin iştirakınla, gözünün qabağında nə olubsa, bircə-bircə mənə danışmalısan. Eşidirsən? Danışmalısan, özü də düzünü danışmalısan, düzünü deməsən səni öldürəcəyəm, inan, öldürəcəyəm. Baxmayacağam ki, sən mənim üçün əziyyətlər çəkmisən.

Baxmayacağam.

Tapançanı görəndə Əbdül udqundu, rəngi ağardı. Yadına o an düşdü ki, bir dəfə də ağayi Nəcməddin kefinin kök günlərinin birində şərab içirtmək üçün Dünya xanımın hüzurunda onun üstünə beləcə tapança çəkmişdi. O qara tapançanı bir də Dünya öldürülən günü görmüşdü. Sonra bir dəfə də... Nəcməddin özünü vuran gün görmüşdü. Tapança həmin tapança idi — lentlərlə birgə o özü o vaxt sandıqda gizləmişdi. Bax, bu hərəkəti ilə — cibindən tapançanı çıxarıb ortalığa qoymağı ilə Nəcməddin necə də ağayi Nəcməddinə oxşadı, aman allah!

«Yox, bu, ola bilməz. Axı sən onun oğlu deyilsən, mənim balam. Axı sən mənim ciyarparamsan, gözümün işığı, dizimin taqəti-sən, can bala. Məndə bu ürək yoxdu, olmayıb, səndə hardandı bu ürək, ay oğul? Sən hara, tapança çəkmək hara? Sən indi öz doğma atanla tapança ilə danışmaq istəyirsən? Hə, səndə günah yoxdu, oğul, mən özüm bədbəxt adamam, oğul, Sən hardan biləsən ki, mənəm sənin atan, o ağayi Nəcməddin deyil?! Hardan biləsən, can oğul?» — deyə bircə anın içində ürəyindən keçirən Əbdül bir gözü tapançada, bir gözü Nəcməddində titrəyirdi.

– Mən hər şeyi bilirəm, kişi.

– Əgər... əgər bilirsən, daha məndən niyə soruşursan, oğul.

– Mənə «oğul» demə. Eşidirsən? Demə «oğul» — deyə o əsəbiliklə qışqırdı, — nə «oğul», «oğul» salmısan? Mən sənin oğlunam?

Qəfil verilən bu sualdan kişi diksindi və əsib özündən çıxan və kim bilir, daha nələr eləməyə qadir olan bu uşağı bəlkə bu yolla sakitləşdirmək mümkün olduğunu ağlına gətirən Əbdül qeyri-iradi cavab verdi:

– Hə, bala. Sən mənim dost-doğma oğlumsan, qurban olum. Sən Dünya ilə mənim sevgimdən... yaranıbsan... Sən mənim...

Nəcməddin... ağır-ağır dikəldi, Əbdülün qabağına gəldi, onu təpədən dırnağa bir də süzdü. Kişi qorxu içində durmuşdu. Oğlunun qeyri-adi hərəkətlərinə baxırdı. Nə isə olacağını gözləyirdi. Əslində gözləyirdi ki, Nəcməddin əlini irəli uzadacaq və onlar — illərlə bir-birinin yanında yad kimi yaşayan ata-bala kimi qucaqlaşacaqlar. Ancaq belə olmadı. Nəcməddin birdən əyilib kaseti götürdü, yerə atıb dəli bir hərəkətlə tapdalamağa başladı. Kaset sınıb xıncım-xıncım oldu, lent xalçanın üstünə çözələndi. Bununla da ürəyi soyumadı, lenti götürüb tikə-tikə eləyəndə... Əbdül dözmədi, özünü irəli verdi:

– Ay oğul, onun səsi... son yadigarı...

– Səsi də lazım deyil, səsi də qalmasın dünyada, — dedi, Nəcməddin. — Mənin anam yoxdu, mənim anam olmayıb, olmayıb.

– Mən...

– Mənim atam da yoxdu, yoxdu mənim atam. Sən yalan deyirsən, sən xəyanətkarsan, sən o kişiyə xəyanət eləmisən, sən iblissən, sən.. — deyə o, qəfil bir hərəkətlə tapançanı götürərək düz Əbdülün ürəyinin başına boşaltdı güllələri. Əbdül qışqırıb... əlini ürəyinin üstünə qoydu və divarın dibi ilə sürüşüb yerə düşə-düşə:

– Mənim balam... sən... neylədin..? — deyə bildi. «Doğma atanı... —Tapança Nəcməddinin əlindən yerə düşdü.

Əbdülün yaddaşı öləziyəndə, həyatı vərəq-vərəq olub alt-üst olanda, qısa, çox qısa bir an içində Dünya gözlərinin qabağında rəqs edib keçdi, sonra hardansa halsız, düşkün, Dünya xanımın qəbri ilə vidalaşmağa gələrkən qoca Nəcməddinin astadan dediyi bu sözlər yadına düşdü: «Qoy o… beləcə yaşasın. Nə qədər ömrün var, həyətdəsən, bu qəbrə qulluq eləyərsən, qoymazsan itib-bata... Onun qəbir ömrü sənin ömrün qədər olsun, Əbdül. Sən öləndə... o da təzədən ölər, tamam ölər..»

İndi.. dünya Əbdülün gözündə qaralırdı və Dünya xanım da... təzədən ölürdü, həmişəlik ölürdü. Çünki onun qəbrinin yerini bilən yeganə adam — Əbdül can verirdi... Dünyanın qəbri də Əbdüllə birgə can verirdi. Dünyanın qəbri Əbdülün dağılmış ürəyində dünyadan həmişəlik gedirdi.

EPİLOQ ƏVƏZİNƏ

Dostlarının təşəbbüsü ilə, İnqilabi respublika hökumətinin qərarı ilə vaxtilə yaşadığı küçəyə Elməddinin adı verilmişdi. Cadənin sol tərəfində yerləşən, birmərtəbəli altıotaqlı ibtidai məktəb də Elməddinin adını daşıyırdı: — başqa inqilab şəhidləri kimi onun da adını əbədiləşdirmişdilər.

Balaca Əfsanə bu il birinci sinfə gedirdi. Şəfinin köməyi ilə «Elməddin məktəbi»nə kitabxanaçı vəzifəsinə düzələn Əfsanə hər gün tezdən oyanır, uşaqı geyindirib-kecindirir, yedirib-içizdirir, kiçik, yaraşıqlı çantasını götürür; Elməddinin yadigarını yanına salıb «Elməddin küçəsi»ndə fərəhqarışıq bir qüssə ilə addımlayaraq «Elməddin məktəbi»nə yollanırdı. Dünən Elməddin insan idi, bu gün dönüb küçə olub, məktəb olub!..

Balaca Əfsanə hələ bunun nə demək olduğunu, atasından, anasından əli üzüləndən sonra, bunun necə böyük səadət olduğunu hələ dərk eləyə bilmirdi. Eybi yoxdur, vaxt gələr, hər şeyi başa düşər, anlar və onda əsl övlad məhəbbətilə sinəsi qurur hissindən qabarar.

Əfsanə üçün isə bu, indinin özündən də böyük, əvəzsiz bir səadət idi, fərəh idi, başucalığı idi.

Əfsanələr bir-birinə dayaq, təsəlli ola-ola yaşayırdılar. Əhədulla, Fatimə, Şəfi, Məleykə, onların uşaqları Elməddinin digər dostları tez-tez bu sakit, Elməddinsiz bütün yaraşığını itirmiş həyətə gəlir, Əfsanələrə baş çəkir, onları təklik, sıxıntı hiss eləməyə qoymurdular.

Əl-ayaq çəkiləndən, balaca Əfsanəni yerinə salıb yatırandan sonra, Əfsanə ömrünün ağır, nisgil dolu, əzab dolu, fərəhsiz yollarını düşünür, zahirən, adamlar arasında özünü tox tutsa da, qəlbən qocaldığını hiss eləyə-eləyə yaşayırdı!. Hər şeyinin Elməddini xatırlatdığı, ancaq Elməddinsiz olan bu həyət-bacada, ev-eşikdə ömür sürmək çətin idi, lakin bu çətinlikdə ağrılı-acılı bir şirinlik də var idi.

...Əfsanə həyətdə, əlində qayçı gül kollarının arasında gəzinir, vaxtilə Elməddinin öz əllərilə əkdiyi, Siminbərin suladığı həmişəbahar güllərinin ən yaxşılarını üzür, dəstə düzəldirdi. Əfsanə bu gün qəbir üstünə getmək istəyirdi çünki neçə gün qabaq danışıb pulunu verdiyi ustalar dünən Elməddinin, Siminin qəbirlərinin üstünü düzəldib qurtarmalı idi. Getmək, baxmaq istəyirdi.

O, son vaxtlar hər dəfə bağçadan gül dərəndə balaca Əfsanə sözsüz-sovsuz başa düşürdü ki, qəbir üstünə gedəcəklər. İndi də bağçaya, Əfsanənin yanına gəldi, açılıb qönçədən çıxmış güllərə baxa-baxa:

– Qibləgahımın yanına gedirik, xala? — deyə soruşdu.

– Hə, qızım. Gedək onları ziyarət eləyək, balası.

– Mən hazıram, xala.

– Ay barakallah, mənim ağıllı qızım.

Əfsanə doğrudan da hazır idi. Xalasının öz əlilə tikdiyi qara donunu geymişdi, başındakı qırmızı ipək lenti (onu məktəbə gedəndə bağlardı) açmışdı. Bilirdi ki, qəbir üstünə gedəndə xalası da, o da qara geyinməlidi.

Əfsanənin kəsib-düzəltdiyi iri gül dəstəsini götürdü, bağçadan çıxdılar. Əfsanə otağa keçdi, az sonra qara libasda, qara örpəkdə geri qayıtdı.

– Hə, gedək, qızım.

...«Balayi-hasar» tərəfdə... düzənlikdə salınmış qəbiristanlıqda ölüm sükutu hökm sürürdü. Hava isti idi, kimsə gözə dəymirdi. Təkcə o başda... bir nəfər qəbirqazan kişinin qurşaqdan yuxarı çılpaq olan bədəni görünürdü. Əfsanə uşağın əlindən tutaraq, köhnə, yapıxıb az qala itmək üzrə olan qəbirlərin arası ilə yeriyirdi. Bəzi qəbirlərin üstündə yazılı başdaşları vardı — əyiləni də vardı, yıxılanı da...

Amma o tərəfdə, gündoğandakı qəbirlərin, demək olar ki, hamısı təzə idi — bunlar məmləkətin, xalqın tarixində yeni bir səhifə kimi yazılmış səur inqilabı günlərində, atışmalar zamanı ölənlərin — şəhidlərin qəbirləri idi. Yan-yana, səliqə ilə dəfn edilmişdilər.

Əfsanələr gəlib qıraqdakı iki qəbrin — Elməddin, Siminbərin qəbrinin yanında dayandılar. Əfsanə diqqətlə baxdı — ustalar işlərini çox səliqə ilə görmüşdülər. Hər iki qəbrin üstünə ağ daşdan başdaşı qoyulmuşdu — üzərinə adları, təvəllüd və vəfat tarixi yazılmışdı. Ancaq Elməddinin ağ mərmərdən olan sinə daşının üstündə Əfsanənin o vaxt Elməddinə vəsiyyət elərkən dediyi o iki misra şer də yazılmışdı. Həmin misraları Əfsanə ürəyindəcə oxudu:

Ayrılıq var — sonu şirin vüsaldı,

Ayrılıq var — sonu yoxmuş, ay aman!

Əfsanə dodaqaltı o sözləri bir də pıçıldadı, gözləri doldu. İçərisi, ürəyinin başı göynəyə-göynəyə: «Dünyanın işinə bax, Elmi. Bu sözləri sən mənim qəbrimin üstünə yazdırmalı idin, ancaq... tərsinə oldu, əzizim. — deyə düşündü. Bu ayrılığın həqiqətən sonu yoxdu, Elmi?

Sonra qucağındakı tər gülləri iki yerə böldü, yarısını Elməddinin, yarısını Siminin qəbri üstünə qoydu. Sonra, qüssədən, gərginlikdən nə edəcəyini bilməyərək əyilib böyründə lal-dinməz dayanan və kim bilir nələr düşünən, hələ həyatın bu cür işlərinə adi oyuncaq, əyləncə kimi baxan balaca Əfsanənin üzündən öpdü, çəkib sinəsinə sıxdı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, onuncu fəsil

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

12 min
İkinci hissə, on birinci fəsil

Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…

16 min
İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 min
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 min

Poems by other poets