Dördüncü hissə, səkkizinci fəsil
Page 2 of 2 · 50%
– Xoş kəlmisən, Şahin! — sözləri çıxanda Şahin o tanış, illərlə beynində yaşatdığı səsi tanıdı və yalnız indi inandı ki, qabağındakı elə o Əfsanədi. Daha bu, yuxu deyildi. Daha bu, xəyal da deyildi.
Toxtaq bir ədayla:
– Xoş günün olsun, Əfsanə! — deyə cavab verdi. — Necəsən, Əfsanə?
– Yaxşıyam. Siz necəsiniz, mənim Reyhan anam necədi, Şahin? Mən çox şadam ki, siz gəlibsiz...
– Sağ ol, Əfsanə. Mən də yaxşıyam, Reyhan anan da yaxşıdı. Elə səndən sarı nigarandı. Həmişə deyir ki, o qızı axtar tap, bala, gör, günü-rüzgarı necədi?.. Ağayi Elməddin söz vermişdi ki, səni də götürər, bizə gələr. Ancaq nəisə gəlib çıxmadız. Nənəm yaman qocalıb, Əfsanə...
– Allah onun ömrünü uzun eləsin, Şahin. Elməddin Allah şahididi ki, mən gecə də, gündüz də ona—sizə dua-səna eləyirəm. Siz olmasaydız, mənim indi sümüklərim də çürümüşdü. Otur, otur, niyə ayaq üstə durubsan, Şahin.
Şahin oturdu. Elməddinə baxıb gülümsündü.
– Qəryədə nə var, nə yox?
– Salamatlıqdır.
– Olsun, olsun.
Sonra... Əfsanə... ani sükutdan sonra:
– Maşallah, yekə kişi olubsan daha! — dedi. — Mən görəndə... uşaq idin.
– Nə bilim... İllər keçir də...
«Maşallah de, göz dəyər. «Yekə kişi olmusan». Hə, olub»— deyə ürəyində o sözlərə güldü; Elməddin qəribə bir sıxıntı içində... Nə isə etmək istədi ki, bu söhbət kəsilsin» ancaq nə? Qeyri-iradi heç luzum olmadan öskürdü və birdən:
– Bizə bir çay gətir, Əfsanə, zəhmət olmasa! — dedi. Və bunu tapıb deyə bildiyinə uşaq kimi sevindi. Çünki söz Elməddinin ağzından çıxmamış o:
– Bu dəqiqə! — deyib uzaqlaşdı.
– Hə, belə-belə işlər, Şahin kişi! — dedi Elməddin, hiss elədi ki, heç yerinə düşmədi bu sözlər. Namünasib danışdığını gizləmək üçün siqaret qutusunu çıxarıb stolun üstünə qoydu.
—Çəkirsən?
– Yox.
– Yaxşı eləyirsən. Zəhrimardı. — Belə deyə-deyə bir dənə siqaret yandırıb damağına qoydu.
– Bəs... yoldaşınız... Hanı, ağa? Heç gözümə dəymir?
– Hə? Yoldaşım? Hə... bir balaca nasazdı.
– Yastığı yüngül olsun...
– Sağ ol.
Əfsanə çay gətirdi. Özü də oturmaq istəyirdi, ancaq Elməddinin sərt baxışını görən kimi, heç nə demədən kölgə kimi hiss olunmadan çəkilib getdi. Elməddin yalnız Əfsanə gedəndən sonra bayaqdan qəlbini yoran nigarançılığın adını tapdı. O, Şahinlə üz-üzə, təkbətək qalmaqdan qorxurmuş, sən demə! Sövqi-təbiisi ilə başa düşmüşdü ki, bu «uşaq» buraya boş-boşuna gəlməyib. Onu ürəyi, məhəbbəti çəkib gətirib bura! Nə isə ciddi danışmaq üçün gəlib Şahin!.. Bax, bu qorxuzurmuş onu! Şahinin də ciddi danışa biləcəyi bircə məsələ vardı — Əfsanə məsələsi!..
O nə cavab verəcəyini dürüst müəyyənləşdirməmiş, Şahin boğazını arıdıb sözə başladı:
– Mən... Mən bura sizinlə danışmağa gəlmişəm, ağa!
– Mənimlə danışmağa?... Elə bayaqdan danışırıq da. — deyə Elməddin çaşqın halda cavab verdikdə o:
– Elə yox, — dedi.
– Hə?
– Bəli, ağa, mən çox vacib bir iş üçün sizin yanınıza gəlmişəm.
Elməddin siqaretinə dərin bir qüllab vurdu:
– Eşidirəm səni, Şahin kişi!
Şahin ilk sözlərini demək üçün susdu, haradasa yenidən vücuduna hakim kəsilib dilini bağlamağa hazırlaşan utancaqlığı, mütiliyi var gücü ilə özündən uzaqlaşdırmağa çalışdı və alnına tər gəldi. Sonra... sonra hər şey keçib getdi, dili açıldı. Danışdı. Elə danışdı ki... Elmədinin dayanıb qulaq asmaqdan özgə çarəsi qalmadı. Bu dərd ona tanış idi, onun oduna çox yanmışdı. Elməddin Şahinin gözlərinin içinə baxırdı — o gözlərdəki kədəri, məyusluğu, dərin məhəbbəti görür, hiss edirdi. Sözlərindəki səmimiyyətə inanmaya bilmirdi. «Siz məndən böyüksünüz, mən sizin yanınıza böyük qardaş kimi gəlmişəm, elə bilirəm ki, bir insan kimi, bir şair kimi məni başa düşərsiz, mən sizdən dönə-dönə üzr istəyirəm... Siz alicənab adama oxşayırsız ağa...» Sonra Şahin dərdini dilinə gətirmişdi. Neçə ildi bu Əfsanəni sevir. Başına gələn müsibətləri də bilir, elə Elməddinin dərdinə də şərikdi. Məhəbbəti, ilk sevgisi ürəkdə qalmaq dözülməz, sağalmaz, unudulmaz dərddi. Belə adamların az, çox az bir qismi dahi olur, böyük əksəriyyəti isə... dəli olur; həyatda. Ömür boyu sınıq, düşgün, itiyi itmiş adam kimi narahat yaşayır belə adamlar. Bu isə, həyat deyil, xoşbəxtlik deyil, sürünməkdi, hədər yaşamaqdı. Ağayi Elməddin lap əvvəl, qardaşının qabağında susmaqda səhv eləyib. Gərək ürəyini qardaşına açaydı, dərdini deyəydi. Qardaşı onu başa düşərdi və Şahin inanır ki, o, Əfsanədən əl çəkərdi, gedib başqa arvad alardı. Ona arvad lazım idi. Alardı başqasını. Elməddin də xoşbəxt olardı onda, Əfsanə də. Amma Elməddin düzgün hərəkət eləyib sonra, Əfsanəni almayıb. Qardaşının arvadıydı, namusuydu. Şahin özü də belə hərəkət eləyərdi. Ancaq... indi... Elməddinin arvadı var, uşağı var. Əfsanə, isə... tək-tənha qalıb... Neçə yaş ondan böyük də olsa, eybi yoxdu, Şahin onu xoşbəxt eləyər. Əfsanə ağıllı, namuslu qadındı, təmizdi, xoşbəxt olmağa layiqdi. Elməddin elə hesab eləsin ki, Əfsanə onun bacısıdı, qardaşının dul qalmış qadınıdı — bir böyük kimi, ağsaqqal kimi qabağa düşsün, onu ev-eşik, ailə sahibi eləsin. Bu, onun mənəvi borcudur, bundan Allah da, Əfsanə də, Şahin özü də, Reyhan nənə də razı qalar. Şahinin ümidi bircə Elməddinə gəlir
– ondan başqa bu müşkül işi həll eləyə biləcək ikinci bir adam tanımır Şahin!.. Şahin elə indi, bu dəqiqə ondan cavab istəmir. Fikirləşsin Elməddin — çünki Şahin bunu da çox yaxşı başa düşürdü ki, bu, Elməddin üçün asan məsələ deyil. Necə olsa sevib onu, bəlkə elə indin də sevir — evdə xanımıyla, Əfsanənin özüylə məsləhətləşsin, ölçüb-biçsin...
Şahin ürəyini boşaldıb qurtaranda... kirpiklərindən yaş damcıları asılmışdı və o, göz qırpan kimi, o iki damcı yanaqlarını yalaya-yalaya aşağı yuvarlananda... Elməddinin qəlbinin başı göynədi. Özünün o günləri gəlib yadına düşdü, eşitdikləri xatirələrinə qarışıb içini göynətdi. Və o, dərindən köks ötürüb əlləri ilə... başını tutdu, gözlərini yumdu... Gözü yumulu səssiz, uzaq illərin arxasında cərəyan edən bir filmə baxmağa başladı sanki...
...Başını qaldıranda.. Şahinin stulu boş idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
«Dünyada heç kəsin inamını öldürüb, əl-qolunu yanına salma. İnam öldürmək insan
II fəsilBirdən Bəhruzun bütün bədəni gizildədi, tükləri ürpəşdi. Çaşmış halda sükanı gah sağa, gah sola burdu. Gözlərini geniş açaraq irəli boylandı. Yeddi-səkkiz addım qabaqda daş dirəyin yanında bir adam çırpınırdı.– Qulam, Qulam, – deyə o, azca bundan qabaq onu ötüb keçən maşının ardınca qışqırdı, öz sürücü yoldaşını köməyə çağırdı. Ancaq Bəhruzun səsi eşidilə bilməzdi, maşın xeyli aralanmışdı. Bəhruz maşını nə vaxt yolun qırağına verdi, nə vaxt əyləyib yerə atıldı – özü də bilmədi. Bircə dəqiqə keçməmiş artıq o, yerdə çırpınan adamın başının üstündə idi.
III fəsilKişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.
IV fəsilBəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:
Poems by other poets
Əylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Güldür bu? deyil, gül belə xəndan olmazGüldür bu? deyil, gül belə xəndan olmaz,Gündürmü? deyil; gün gecə rəxşan olmaz.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"