Birinci hissə, doqquzuncu fəsil
Page 2 of 5 · 20%
– Ba, bu olmadı. Yox, biri sən. Başqa kimi məsləhət bilirsən?
– Mən...
– Nadirə olmaz, Salmanın arvadıdı. Aha, o gün iclasda danışan oğlanın adı nə idi? Şairdi-nədi deyəsən?
– İltifatı deyirsiniz?
– Hə, hə, İltifat. Mejduproçim, onun çıxışı çox xoşuma gəldi. Ağıllı oğlana oxşayır. Hə. Biri də o.
Gülmirənin ürəyi sıxıldı, istədi etiraz eləsin. İltifatın yaltaq və ikiüzlü olduğunu desin, ancaq düşündü ki, direktor onun özü barədə pis fikrə düşə bilər. Ona görə ürəyində qaynayan sözləri dilinin ucundan geri qaytardı və ağızucu:
– Özünüz bilən məsləhətdi, — dedi.
– Üçüncüsü də Cəfər olsun. Ağsaqqaldı, deyəsən hamınızdan da savadlıdı.
– Nə deyirəm.
– Elə bu gündən başlayın işə. İltifata da, Cəfərə də mənim adımdan de. Əsər heç yerə çıxmamalıdı, elə burda, mənim kabinetimdə oturub işlərsiniz... Salman əlyazmasını aradan çıxardar, qalarıq quru yerdə. Mən Salmanı sizdən yaxşı tanıyıram, — deyə o, bayaqdan ilk dəfə gülümsündü.
Gülmirə şöbəyə qayıdanda Salman başını qaldırıb onun üzünə baxdı, lakin o, birbaş Nadirənin stoluna sarı addımladı. Hələ bir az əvvəl Şərqiyyə Gülmirəyə «səni direktor çağırır» — deyəndə hamı kimi, Salmandan da çox, Nadirənin dalağı sancmışdı. Ürəyinə dammışdı ki, Nurəddin Gülmirəni ancaq Salmanın məsələsinə görə yanına dəvət edir. Zənni aldatmamışdı, Gülmirə əhvalatı yavaşca Nadirənin qulağına pıçıldadıqda onun bədəni isindi, dodaqları təpridi, baxışlarını dolandırıb başaşağı nəsə yazan Salmanın üzünə zillədi, ancaq kişinin heç nəyi vecinə almadan işlədiyini görüb qeyzindən dodaqlarını gəmirdi: «Zalım oğlunun heç vecinə deyil. Ya doğrudan da arxayındı, ya da iradəsi, əsəbləri dəmirdəndi?» — deyə düşünən Nadirə qələmini stola taqqıldadıb əzgin bir səslə:
– Yoldaşlar, bir dəqiqə sizi işdən ayırıram, — dedi,— bağışlayın. İltifat, sən, Cəfər müəllim, sən müdiriyyətin tapşırığı ilə Gülmirə ilə birlikdə o mübahisəli əsəri yoxlayıb fikrinizi rəsmi surətdə yazmalısınız. Gülmirə sizi başa salar harda necə işləyəcəksiniz.
Otağa sükut çökdü. Cəfər yazıq-yazıq Nadirənin üzünə baxdı. Ömründə cəncəl işlə arası olmamışdı. Qaçmışdı həmişə belə mübahisəli şeylərdən. Kimsəyə pislik eləməmişdi. Pis adama rast gələndə ondan uzaq dolanmağa çalışmışdı. Ona pislik eləyənlərə iş vaxtı pisliklə cavab verməmişdi, sadəcə olaraq, ondan küsmüşdü həmişəlik. Elə adamın adını necə deyərlər, dəftərindən birdəfəlik silib atmışdı. Öləndə üstünə də getməmişdi; indinin özündə üç-dörd nəfər vardı ki, on beş il, iyirmi il, hətta iyirmi beş il idi ki, danışdırmazdı. Sadəcə olaraq, bu adamlar gözünün qabağında gəzib-dolansa da, yox idilər onun üçün, ölmüşdülər.
Gülmirənin o dəfə iclasda əsə-əsə elədiyi etiraf — Salmanın Cəfərin tapdığı Füzuli avtoqrafını qəsdən, bilə-bilə Gülmirənin adına çap etdirməyə çalışması, bu böyük sevinci onun əlindən alıb Gülmirəyə verməsi məsələsi qoca Cəfəri yamanca sarsıtmışdı, kişi neçə vaxt özünə gələ bilməmişdi, sərxoş adamlar kimi gəzib dolanmışdı. Hətta qulaqlarına belə inanmaq istəməmişdi.
Və həmin gündən Salman ölmüşdü Cəfər üçün. Bir şöbədə işləsələr də, axşamacan on dəfə qabaqqənşər çıxsalar da, Cəfər onu görmürdü, saymırdı; Salman iki-üç dəfə yaşca özündən xeyli böyük olan Cəfərə salam vermişdisə də o, düz keçmiş, salamını cavabsız buraxmışdı. Bu uzun illər ərzində Cəfərin xasiyyətinə yaxşı bələd olan Salman başa düşmüşdü ki, Cəfər küsüb və bir daha barışmaz. Yer üzündə bir o qala, bir Salman, o barışmaz. «Əh, cəhənnəmə ki» — deyə Salman da Cəfəri ürəyindən çıxartmışdı.
Cəfər Nadirənin yanına gəlib:
– Məni komissiyanın tərkibindən çıxardın! — dedi. — Mən Salman adlı alim tanımıram!
Nadirə pərt halda kişiyə baxdı— Cəfərin ürəyinə o, Salmandan da yaxşı bələd idi — incimədən, mülayimcəsinə:
– Başa düşürəm səni, Cəfər müəllim. Ancaq bu komissiyanı mən təşkil eləməmişəm, direktor eləyib! Get yanına, de, o sənin yerinə ayrı adam təyin eləyər, — söylədi. Nadirənin sözləri Cəfərin ağlına batdı, gedib beş-on dəqiqədən sonra qayıtdı və elə qapıdan içəri girən kimi:
– Dedim, düzəldi, mənim yerimə Gülalını təyin elədi — dedi. — Keçib yerində oturanda Salman ona baxıb nə üçünsə mənalı-mənalı gülümsündü.
Gülmirə Nadirəyə tərəf əyildi və yenə pıçıltı ilə:
– İndi neyniyim, bacı?— deyə təlaş içində, düşdüyü ağır vəziyyətdən çıxış yolu axtaran adamsayağı soruşduqda Nadirə əvvəl başa düşmədi:
– Nəyi neyləyəsən?
Gülmirə başı ilə Salmana tərəf işarə elədi:
– Onun işini də...
Nadirə çiyinlərini çəkdi:
– Nə bilim. Elə bir iş tutubsan ki, nə açmaq olur, nə bükmək. Yəni əslində səndə də günah yoxdu. Əsl günah Salmanın özünündü. Neyliyəcəksən, necə var, elə də yazmalısan. Bunun başqa yolu yoxdur. Öz cəzasıdı, qoy çəksin. Özü yıxılan ağlamaz.
Nadirənin dedikləri Gülmirəni azca toxtatdı. Rahat nəfəs alıb yerinə keçdi. Ancaq heç cür fikrini toplayıb işləyə bilməyəcəyini görərək dəhlizə çıxdı.
Salman stolunu cırıldadaraq ayağa qalxıb pəncərənin qənşərinə gəldi. Küçəyə baxdı, hər yan ağappaq idi. Donub sürüşkən olmuş cığırla iki qız bir-birindən tuta-tuta addımlayırdı. Azca aralıda oynayan iki yeniyetmə qızlara qar topu atdı, qızları karıxdırdı. Onlardan birinin ayağı sürüşdü və tir-tap cığırın kənarındakı dəci pozulmamış qarın üstünə yıxıldı. Oğlanlar şaqqanaq çəkib gülüşdülər. Rəfiqəsi yıxılanın əlindən tutub qaldırdı və qoluna girdi. Salman bu mənzərəyə baxıb qımışdı və geri dönəndə baxışları İltifatın baxışları ilə rastlaşdı. O, iri, domba gözlərini qaçırtdı. Salman qəsdən onun üzünə baxmaqda davam etdi. İltifat bir də kirpiklərini qaldıranda Salmanın ayrı cür baxdığını anlayıb qızardı. Bilirdi ki, Nurəddinin təqdimat məclisindəki çıxışı Salmanın bərk acığına gəlib. Bunu o, əslində heç danışmağa başlamamışdan da başa düşmüşdü. Ancaq özu ilə bacara bilmədi. Fürsət idi. Nurəddinin qəlbinə yol tapmaq, qılığına girmək üçün əsl məqam idi və bu anı o, buraxa bilməzdi. Lakin axı Salman da vardı orada. Özü də, lap yaxın vaxtlardakı söhbətlərindən çox yaxşı anlamışdı ki, Salmanın Nurəddindən zahləsi gedir. Yəqin idi ki, bu hiss ikibaşlı olur — yəni tam aydın idi ki, Nurəddinin də hardasa onu görməyə gözü yoxdu. Təfərrüatını, bu ziddiyyətin köklərini bilmirdi əlbəttə. Lakin ona gün kimi aydın bir həqiqət də var idi — Salmanın onun boynunda haqqı-sayı çox idi. Hər şeydən əvvəl, ilk şer kitabı barədə ürəkdolusu bir məqalə yazmışdı. Bu, məqalə tənqidin onun haqqında ilk sözü idi. O zaman İltifat düşünmüşdü ki, ömrü boyu o kişiyə minnətdar olmalıdı. Bu da heç vaxt yadından çıxmayacaqdı ki, o məqalə üstündə Salmanla Nadirə — bu ər-arvad üz-göz olmuşdu. İkincisi, İltifatı bu instituta şəxsən Salman gətirmişdi, kiçik elmi işçi vəzifəsinə düzəltmiş, istiqamət və mövzu vermişdi. İltifatın akademik atası, o bu instituta gələndə artıq ölmüşdü. Cavandı, istedadlıdır, arada-bərədə itib batmasın deyə Salman ona havadarlıq eləmişdi. O zaman İltifat nə isə öz qəribə fikirləri, mühakimələri ilə Salmanı yaman əfsunlamışdı. İltifat, atasının kölgəsi əleyhinə çıxırdı onda, «Kölgədə bitən ağacın kölgəsi olmaz, — deyirdi, — hara gedirəm, neyləyirəm, onun adı-sanı üstümə kölgə salır. Bu dəhşətdir, — deyirdi». Görünür, yeniyetməlik fəlsəfəsi imiş bu onun. O, hələ özünü axtarırmış demək, tapmırmış, çırpınırmış. O İltifat hara, Salmanın indi tanımağa başladığı İltifat hara? İndi o, qətiyyən Salmanı qane edə bilmirdi. Deyəsən vəzifə, məqam bu cavanın gözünü tez qamaşdırır, dəyişdirir. Dünənə qədər o, Salmana tapınmışdı, iclaslarda Salman kimi bir alimin yanında, əlinin altında işləməsi ilə öyünürdü. Salmanı şöbə müdirliyindən çıxartdılar. Onda İltifat xeyli müddət susdu, səsi çıxmadı. Birdən akademik Osmanzadə ortalığa çıxanda İltifatın dili açıldı, elə bil. O nə çıxış idi İltifat elədi?! Salmanın lap əti töküldü özü demişkən. Dişi bağırsaqlarını kəsə-kəsə qulaq asdı. Fürsət tapıb ona çəpəki bir nəzər də saldı. Ancaq nə onda, nə də sonra İltifata heç nə demədi. İndi isə Salmanın taleyini həll eləməyi Nurəddin üç adama tapşırıb ki, biri də o idi. Məqam idi, İltifatın kişiliyi, dəyanəti, mərdliyi üzə çıxacaqdı. Salman yenə özünəxas bir təmkinlə susub nəticəsini gözləməyi qərara almışdı — məhz buna görə o, İltifata o cür müəmmalı və mənalı baxırdı. Və qəribə idi ki, ürəyində onu qoca Cəfərlə müqayisə eləyirdi, Gülmirə ilə yox. Gülmirə qadın idi. Salman isə hər qadından kişilik, mərdlik gözləyən adamlardan deyildi. Budur, Cəfər. Bir üzdə, bir sifətdə. Dostdu-dostdu. Kişi kimi. Salman onun haqqında namərdlik eləyib. Bunu özü də başa düşürdü və buna görə indi özündən zəhləsi gedirdi. Ancaq eləmişdi — bu, onun təbiəti idi, dəyişə bilməzdi; o, çox vaxt haradasa Cafərə təmizliyinə görə, bütövlüyünə görə dərin bir qibtə
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:
Üçüncü hissə, on birinci fəsilAğayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.
Üçüncü hissə, on ikinci fəsilQəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.
Üçüncü hissə, on üçüncü fəsilAxşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.
Poems by other poets
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.