Birinci hissə, doqquzuncu fəsil
Page 3 of 5 · 40%
hissilə baxırdı. «Kaş mən də elə olaydım, elə ola biləydim — adım-sanım olmayaydı, heç nəyim olmayaydı, təkcə vicdanım, ürəyim təmiz olaydı; bunu heç kəs görməsəydi də, eybi yoxdu. Özüm ki görərdim, özüm ki bilərdim və onda alnıaçıq, qəlbi rahat yaşayardım» — düşünürdü hərdən. Və ara-sıra, bax belə gərgin anlarda, «həyatda kimlər xoşbəxtdir?» sualı üzərində düşünməyə imkan tapan vaxtlarda içərisini yandırıb-yaxan bu ağrını-acını təəssüf ki, heç kəsə, hətta arvadına belə etiraf eləyə bilmirdi və o dərdi tək-tənha çəkməli olurdu. Bu hiss unudulan kimi yenə əvvəlki Salmana dönürdü. Qəribə idi ki, özünün içini, ürəyini görə-görə, bu təbiətindən zəhləsi gedə-gedə beləcə yaşayır və ayıq başla başqalarını — Gülmirəni, İltifatı, Cəfəri, Nurəddini mühakimə edir, onların yaxşı və pis cəhətlərinə qiymət verirdi. İnsan anlaşılmaz məxluq imiş! — deyirdi Salman belə hallarda.
...Uzun dəhlizdə, «Aşdım-daşdım» çiçəyi əkilmiş dibçəyin yanından fikirli-fikirli keçəndə Gülmirə Sakitlə rastlaşdı. O, çox şən görünürdü, sifətinin açılmış rəngindən, iri, qonur gözlərinin ətrafa az qala nur çiləyən baxışlarından, şax və inamlı addımlarla yeriməsindən bilinirdi ki, kefi kökdü; əslində bu, Gülmirəyə belə gəlirdi. Sakit elə əvvəlki kimi baxırdı, sifəti də, gözləri də elə qabaqlar necəydisə, indi də eləydi. Əksinə, əgər Gülmirə ona diqqətlə nəzər salsaydı, gözlərinin dərinliyindəki qayğını, qüssəni aydın görə bilərdi. Bu qayğı və qüssə onun təzəcə çapdan çıxmış romanı ilə bağlı idi, «yaxşımı, pismi qarşılayacaqlar?» — sualının doğurduğu nigarançılıq və intizar, işdə də evdə də dilinə gətirməsə də, onun ən böyük və gizli nisgili və qorxusu idi.
Gülmirə onu görən təki, Salmanla bağlı bütün düşüncələrini yaddan çıxartdı, ürəyində xoş bir əhvali-ruhiyyə yarandı. Dünən axşam Sahibə ilə olan söhbətini xatırlayıb üzündə təbəssüm, Saki-tə salam verdi. Sakit gecələr işlədiyindən səhər idarəyə hərdən saat on birdə gələrdi. Aslanzadə özü onun üçün bu şəraiti yaratmışdı. Kişi ziyalı qədri bilən idi. Sakitin əsərlərini, vaxtının az olmağına və gözlərinin zəiflədiyinə baxmayaraq, həmişə oxuyardı, fikrini söyləyərdi. Sakit bu instituta gələndən Aslanzadə ona olmazın qayğı göstərmişdi və bundan özü də mənəvi zövq və ləzzət almışdı. Bir də hər yerdə, həmişə öyünmüşdü ki, Sakit onun tələbəsi olub.
– Otur, əsərlərini yaz, bala, — demişdi — Sən gündə səkkiz saat gəlib burda otursan, yorularsan, işləyə bilməzsən. Burdan maaş alan adamların hamısı məqalə-filan, dissertasiya-zad yaza bilər, ancaq sənin yazdığın romanları bunların heç biri yaza bilməz. Özü də sən bir-iki məqalə yazmasan, elmimiz bir şey itirməz. Ancaq sən romanlarını yaza bilməsən, ədəbiyyatımız çox şey itirə bilər. Mən sənə icazə verirəm, nə vaxt istəyirsən onda da gəl-get. Bircə iclaslardan qalma, — deyəndə Sakitin sevincdən gözü yaşarmışdı, az qala müəlliminin əlindən öpmək istəmişdi. Ancaq söz tapa bilməyib təkcə: — Sağ olun, müəllim. Minnətdaram, — deməklə kifayətlənmişdi. Gözü ona görə yaşarmamışdı ki, müəllim ona bir sənətkar kimi çox yüksək qiymət vermişdi; qədirbilən əlinə düşdüyündən, qədri bilindiyindən sevinmişdi Sakit. Lakin o, sonralar məlum olduğu kimi, dkrektorunun bu lütfündən sui-istifadə eləməmişdi. Bacardıqca, imkanı olduqca yoldaşlarından ayrılmamış, vaxtlı-vaxtında idarəyə gəlib-getməyə çalışmış, özünü heç kəsdən üstün tutmamışdı. Bu gün isə nədənsə səhər saat altıyacan çimir eləmədiyindən yubanmışdı — idarədə qarşısına çıxan birinci adam Gülmirə olmuşdu. Gülmirə Sakitin nəzərində yüksək səviyyəli oxucu, orta səviyyəli ədəbiyyatşünas idi. Taleyini bilirdi, eşitmişdi; Əqdəmi tanımırdı, görməmişdi, ancaq Orxanı yaxşı tanıyırdı. Od-alov parçası idi o oğlan. İclaslarda, ədəbi yığıncaqlarda ağzından dürr tökülərdi, saatlarla qulaq assaydın, yorulmazdın. O vaxt Orxanın qəfil ölümünü eşidəndə Sakit yamanca sarsılmışdı, heyfsilənmişdi. Sağlığında şəxsi yaxınlıqları demək olar ki, olmamışdı. Ancaq Orxan öləndən sonra çap olunan «Mirzə Cəlil» kitabını və qəzetlərdə, jurnallarda çıxan şerlərini, hekayələrini oxuyan Sakit bu vaxtsız ölümə daha çox yanmışdı, «qalsaydı, yaşasaydı, nələr yaradardı!» — fikri ürəyini göynətmişdi. Sakit bu instituta gələndən xeyli sonra Orxanın bir vaxt Gülmirəyə vurulduğunu da eşitmişdi; Salman da o dəfə iclasda bunu açıq söyləmişdi — ona görə Sakit hər dəfə Gülmirəyə rast gələndə, onunla danışanda istər-istəməz Orxanı xatırlayırdı, onların arasındakı məhəbbətin — özünün də əgər deyilənlər düz idisə — maraqlı, şirin və bir qədər də kədərli bir roman ola biləcəyini düşünürdü. Ancaq bu məhəbbət dastanı hələlik bağlı bir sandıqdaydı, ona Sakitin əli çatmırdı və kim bilir, bəlkə də heç vaxt çatmayacaqdı.
Gülmirə Sakit üçün maraqlı bir insan idi — onunla söhbət etmək, onun ürəklə, inanaraq dediyi sözlərə qulaq asmaq xoş idi. Danışanda hiss edirdin ki, düşündüyü budur, kəlmələrinin arxasında ürəyi durur, vicdanı dayanır. İclasda mərdi-mərdanə ayağa qalxıb Salmanın üzünə bəd əməllərini dediyi gün Sakit uzun müddət özünə gələ bilməmişdi. Gülmirədəki cəsarət onu valeh eləmişdi. Salmana — adı-sanı az qala göz qamaşdıran, özünü elm fədaisi, ağsaqqal, xeyirxah bir adam hesab edən professor Salman Qurbanzadəyə nə qədər nifrət etmişdisə, Gülmirəyə bir o qədər qibtə eləmiş, rəğbət bəsləmişdi. Qoç döyüşünə quzu çıxmışdı — bu idi onu Sakitin gözündə böyüdən. Məhz buna görə idi ki, srağagün təzə kitabının üstünə «Xalqımızın ləyaqətli və cəsarətli qızı Gülmirəyə...» — deyə avtoqraf yazıb vermişdi.
İndi, şöbəyə gedərkən, uzaqdan, dəhlizin o başından Gülmirəni görəndə həmişə olduğu kimi yenə sevindi.
– Salam, Sakit! — Gülmirə onu qabaqladı.
– Ay salam, mənim cəsurum. Necəsən?
– Yaxşıyam. Sakit, sənin kitabını oxuyub qurtardım.
– Belə tez? — Sakit çatıb qarşısında dayandı.
– Hə, təsəvvür elə ki, bir günə oxudum.
Bu, ilk oxucu sözü idi. Sakitin ürəyi titrəyirdi. Qorxudanmı, həyəcandanmı, «necədi?» — soruşmağa dili var gəlmədi — maraq və intizar dolu gözlərini Gülmirənin qəşəng, kiçik ağzına dikib indicə məzəmmət olunacağını, ya tərif ediləcəyini bilməyən uşaq kimi gözlədi:
– Çox yaxşı kitabdı, Sakit, demək olar ki, birnəfəsə su kimi içdim. Haçandı belə roman oxumamışdım. Adamın ürəyini çəkib çıxardır, elə bilirsən o adamlar sənin gözünün qabağındadı, elə bilirsən sən özünsən. Psixoloji dərinlik, incəlik, şairanəlik bəzəyir onun hər səhifəsini. İşıqla doludu o kitab. Kədər də var — bu kədər müqəddəs kədərdi, insanın içini yuyub təmizləyən, saflaşdıran, müdrikləşdirən kədərdi. Oxuyandan sonra düşünürsən, düşünürsən, bu qərara gəlirsən ki, yer üzünün əşrəfi olan insan doğrudan da böyükdü, ucadı, əlçatmazdı, lap mən deyərdim, allahın özüdü. Bir də bu qənaətə gəlirsən ki, min illər boyu yazsalar da, içində baş vurulmamış bir künc-bucaq qoymasalar da sənətkarlar, uzaq, ünyetməz qalaktika kimi sonsuzdu, dibsizdi ürək, açılmamış sirrləri açılmışlarından çox-çoxdu və kainatın yaratdığı möcüzələrin ən möcüzəlisidi ürək... Sən elə bir psixoloqsan ki, qadın ürəyinin elə bil içində oturubsan, qadının özünə belə məlum olmayan, anlaşılmaz əsrarını elə gözəl...
Alnında bu gözlənilməz təriflərdən tər muncuqlanan Sakit daha özünü saxlaya bilməyib təbiətinə xas incə yumorla:
– Bəsdi, daha bəsdi, mənim cəsurum, — dedi. — Səninçin ayıb olsun ki, məni belə tərifləyirsən, mənimçin də ayıb olsun ki, belə şirin sözləri dinləyirəm... — Güldü.
– Yox, yox, nə danışırsan, Sakit? Mən hələ fikrimi tam ifadə eləyə bilmirəm. Təəssüratım o qədər çoxdur ki, lazımi söz tapmaqdan acizəm. Gülmə, vallah, ciddi deyirəm... Sağ ol, bu kitab üçün.
– Sən də sağ ol, Gülmirə. — Sakit cibindən dörd bükülmüş mil-mil dəsmal çıxarıb alnının tərini sildi, sonra qızıl sağanaqlı eynəyinin şüşələrini təmizləyib yenidən taxdı və: — Əgər dediklərin həqiqətdirsə, mən xoşbəxtəm, mənim cəsurum. Düzü, o kitabdan sonra bunu yazmağa qorxurdum, çox qorxurdum, elə bilirdim ürəyim boşalıb, nə sözüm var, deyib qurtarmışam, daha heç nə yaza bilmərəm. Ancaq, görünür, həyat bitib-tükənməz bir çeşmədir, həmişə qaynayır, axır, çünki dibi torpağın təkindədir, gücü ətrindədir gülündə-çiçəyindədir, insanlarındadır həyatda qorxaqlıq pisdir — nifrət edirəm. Ancaq sənətkarın öz sənəti qarşısında qorxması-əsməsi müqəddəsdir — bu, məsuliyyət deməkdir, özünə və oxuçusuna, tamaşaçısına ehtiramdır. Mən indi düşünürəm ki, nədən qorxurmuşam. Mən zəiflikdən qorxurmuşam, oxucu inamı öldürməkdən qorxurmuşam. Qələm əhli üçün zəiflik və oxucusunun inamını öldürmək — özünün ölümü kimi bir şeydir, Gülmirə...
– Sən...
– Daha tərifləmə, sən allah. — Sakit sağ əlini onun dodaqlarına yaxınlaşdırdı — tərif mey kimi məstedici olur, adamın başını gicəlləndirir, gözünü qamaşdırır, arxayınlaşdırır, bir də ayılıb görür ki, dahilik xəstəliyinə tutulub. Bu isə, allah göstərməsin, sağalmaz bir mərəzdi — Birdən Sakit nə fikirləşdisə, sözünə ara verdi: — Bura bax, sən mənim düşmənim deyilsən ki? — deyə ciddi şəkildə soruşduqda Gülmirə özünü itirdi və kəkələdi:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:
Üçüncü hissə, on birinci fəsilAğayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.
Üçüncü hissə, on ikinci fəsilQəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.
Üçüncü hissə, on üçüncü fəsilAxşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.
Poems by other poets
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.