Birinci hissə
Page 36 of 47 · 74%
– Tərxan! – deyə qucaqlayıb sinəsinə basdı.
Dustaq başını Babəkin sinəsinə qoydu, çiyinləri titrəməyə başladı.
– Toxta bir görək, – dedi Babək və deməyə bir söz tapmayaraq qeyri-ixtiyari olaraq əlavə elədi, – nə olub ki?
– Görmürsən nə olub? – dedi Tərxan və başını qaldırdı.
Görürəm, danış!
– Bu barədə sonra.
– İndi sənə görə ilişib qalmışam burada. Əmanətlərin gəlib çatıb, dirhəmin adı penhədir. Təsbehin məndədir.
– İndi ki, mənə görə qalmısan burda, bir həftə də gözlə, ya qaçacağıq, ya məhv olacayıq. On gündür lağım qazarıq. Elə ki, bazara xəbər yayıldı: “zindandan qaçan var” gecə yarıdan sonra şəhər qırağındakı yəhudi qızının sərdabəsinə gələrsən, o yerə ki, yəhudilərin ziyarətgahıdır. Və o sərdabədə – qoca bir çıraqçı var. Nə lazımdırsa o sənə deyəcək...
Bu vaxt mizraklı¹ mühafizələrdən biri Tərxana doğru yönəldi. Və Tərxan mühafizə baxıb Babəkə dedi:
– Getmə, o pulu yerdən götür və yaxamdan sal içəri.
Babək yerə düşmüş danağı götürdü və Tərxanın açıq yaxasından köynəyinin içinə saldı. Mühafiz isə Tərxanın başının üstünü aldı:
– Sizi bura dilənməyə gətirmişik, hər yetənlə mırt vurmağa gətirməmişik!
Tərxan çənəsilə yaxasına işarə elədi və dedi:
– Peşkəşdir.
Və mühafiz elə sürətlə əlini Tərxanın yaxasından içəri salıb danaqı çıxartmışdı, yenə elə bir sürətlə yarım boğaz papucunun quncuna yerləşdirmişdi ki, ən leylaç bir xəzpuş bu məharətə qibtə edə bilərdi.
Sonra Tərxan demişdi:
– Burda yurddaşıma rast gəlmişəm, aman ver xoş-beş eləyim.
Və eyni zamanda Tərxan elə bir sərt ifadə ilə mühafizin gözlərinin içinə baxdı ki, mühafiz üşürgələndi və dedi:
– Yaxşı, yaxşı amma kütah² Tez danış qurtar.
Mühafizə dönüb gedən kimi Tərxan dedi:
– Olan olmazın elə bu idi?
Babək cibində nə vardısa hamısını çıxartdı.
Tərxan diqqətlə Babəkin ovcundakı altı dirhəmə baxaraq çənəsilə sağ tərəfə işarə elədi.
O dörd nəfər dustaq ki, kor kimi ağır-ağır addımlayırlar və heç bir dükan qarşısında dayanmırlar, onların hərəsinə bir dirhəm sədəqə ver. Nə qalır özündə, iki dirhəm?
¹ Dəyənəkli
² Tez elə.
Bu da olmasa eybi yoxdur, – dedi Babək, – kimdir onlar?
– Dörd məşhur quldurbaşıdır. Səraxs hamamında xəlifə Məmunun vəzirini qətl ediblər və yəqin ki, əhvalatdan xəbərin var.
Babək dönüb baxdı, dörd nəfər quldurbaşının üzləri niqab altında idi. – Keçə papaqlarının altından sallanan qara məndillər üzlərini örtmüşdü.
– Nə üçün üzlərini niqab altında gizlədiblər? – dedi Babək.
Tərxan qımışdı:
– Zindan rəisinin işidir və kim onlara sədəqə verərsə məndilini qaldırıb üzlərinə baxa bilər və baxmaq istəyən də az olmur. Çünki xəlifə Məmun şəhərə varid olanda çox güman ki, dördü də şəhər meydanında edam olunacaqdır. Yaxşı, mən getdim. Qulağın səsdə olsun. Yəhudi qəbrinin sərdabəsi, qoca Çıraqçı Tərxan dönüb getmişdi. Babək isə kor kimi bir ayaq-bir ayaq bir-birinin dalınca gələn üzləri niqablı dustaqlara tərəf yönəlmişdi. Quldurları iki nəfər mizraqlı mühafiz müşayiət edirdi. Babək əlini qabaqdakı quldurun çiyninə qoymuşdu. Birinci Qalib əl Əsəd dayanmışdı və Babək Qalibin ovcuna bir dirhəm atmışdı. Sonra keçib ikinci quldura doğru gedərkən Qalib ovcundakı pulun bir dirhəm olduğunu müəyyən eləmişdi.
– Dayan, ey Allah bəndəsi, kimsən mənə bu qədər sədəqə verdin, amma sir-sifətimə tamaşa eləmək istəmirsən?
– Tərxanın dostuyam və yerlisiyəm, – demişdi Babək.
– Onda məndili qaldır üzümdən, biz zindanda Tərxanla çörək kəsmişik. Əgər bizim üzümüzü görmək istəyirsənsə, biz sənin Tərxanın dostuyuq, sənin üzünü görmək istəyirik.
Babək naəlac durmuşdu. Qalib əl Əsədin üzündəki məndili qaldırmışdı və Qalibin zəhmli qaramat baxışları bir an Babəkin gözlərinə zilləmişdi. Mizraqlı mühafizlərdən biri irəli gəlmişdi:
– Kifayətdir, oğlan – demişdi ört üzünü, məgər birinci dəfədirmi quldur görürsən?
– Yox, sığnaq meşə adamlarını çox görmüşəm – demişdi Babək və Qalibin üzünü örtən məndili aşağı salmışdı, sonra keçmişdi arxadan üç quldurun da hərəsinə bir dirhəm vermişdi.
Bu zaman birdən bazarda hay-küy və çaxnaşma başlanmışdı.
Qarşıdan dəmirçilər cərgəsi arasıyla bir dəstə atlı gəlirdi və atlıların önündə addımlayan iki nəfər izdihamı yarmaq üçün əllərindəki kamanlardan adamların başına ox əvəzinə fındıq atırdılar və baş gözünü bu xırdaca “daşlardan” qorumaq istəyən izdiham dərhal yarılır, divarlara qısılır, dükanlara dürtülür və atlılara yol açırdı.
Atlı dəstəsinin önündə gələn yaşıl çalmalı, şişman göbəkli adam Həmədan valisi idi ki, mühafizlər dörd quldurbaşını validən qırağa itələyəndə vali əlini qaldırmışdı və dərhal arxasındakı atlıların hər ikisi – tez sıçrayıb dörd quldurbaşının üzlərindəki qara məndilləri qoparıb atmışdılar. Vali isə üzünü quldurlara tərəf tutub demişdi:
– Arxamca gəlin, sabah xəlifənin hüzuruna çıxacaqsınız və buna binaən lazımdır ki, bu gün diləndiyinizdən hərəniz bir əba alacaqsınız. O meymun qıllı əndamınızın üstünü örtəcəksiniz!
Və dörd quldurbaşının gözləri par-par parıldamışdı. Cummuşdular bir-birinin üstünə və qollarındakı zəncirlərin imkan verdiyi qədər bir-birini sinələrinə basmışdılar. İndi ki, ikinci dəfə xəlifənin hüzuruna çıxacaqlar, deməli ən azı boyunlarını cəllad əlindən qurtaracaqdılar. Axı xəlifənin əmrilə o şəxsin əynindəki libası çıxarmışdılar. Axı xəlifənin əmrilə o şəxsə ölüm libası geyindirmişdilər.
Silahlı mühafizlər isə dörd quldurbaşını valinin atı arxasınca qovub aparmışdılar.
Və yalnız bundan sonra nəfəsini dərmiş usta Babəkin qolundan tutub içəri çəkmişdi və demişdi:
– Başa sal məni oğlan, bağrına basdığın o hökumət dustağının əlindən nə xəta çıxıb ki, zindana düşüb?
– Soruşa bilmədim. Özü də bir söz deməyə macal tapmadı.
– Əlbəttə, macal tapa bilməzdi. Bir haldakı vacib sözü varmış.
– Qulaq as usta, başıma nə gəldiyi barədə o gün sənə demişdim, bundan sonra nə gələcəyi barədə heç bir söz deyə bilmərəm.
– O gün nə demişdinsə bir kişiyə demişdin oğlan və bu gün də bizim başımızdakı arvad ləçəyi deyil. Amma əlbəttə ki, üç cür kişi var: bütün kişi, yarımçıq naqis kişi və kişi olmayan kişi...
Babək ustanın gözlərinin içinə baxmışdı və demişdi:
– Və indi mənim səndən tək bir xahişim var usta, vəsiyyət yüngüllükdür. Əgər işdi, şayəd başıma bir qəza gələrsə ata ol o uşağa ki, başsız qalmasın.
– İndi ki, savab iş üçün mənə ağız açırsan, xob, elə billəm ki, dörd oğlum var... Amma o uşaq müsəlman balası deyilsə, gərək əvvəlcə sünnət olunsun!
Mən onu zalim əlindən alanda bilmədim müsəlmandır o uşağın atası yaxud xristiandır və yainki atəşpərəstdir. Və yenə də bilmərəm.
– Amma mən bilirəm ki, dini ayrılıq çox vaxt bir ana qarnından çıxan iki qardaşı bir-birindən ayrı salır. Mənim bədbəxt qardaşım getdi batinlərə qoşuldu və on il bir-birimizə rast gələndə bir-birimizdən üz çevirdik, sonra doqquz il əvvəl orda “Bab əl-Əsəd” qapısında şəhərdə qiyam qaldırmış batinlər qılıncdan keçirildi... İndi hər cümə axşamı gedirəm, qəbrini ziyarət edib ağlayıram.
Və usta qara köynəyinin qolu ilə gözlərini silmişdi.
4
Axşam bazar bağlanmışdı. Babək ilə Barsis karvansaraya gəlmişdilər və bu dəfə Barsis baş aşağı yuxarı qalxmışdı. Dönüb aşağıda dövrələmə eyvan altındakı atların, qatırların yanında zəncirləri divara bənd edilmiş dustaqların üzünə baxa bilməmişdi. Babək isə qeyri-ixtiyari olaraq dönüb baxmışdı və dustaqların Barsisə zillənmiş baxışlarını görərkən qaşları çatılmışdı – yox bu gecə sayıq yatacaqdı və yuxuda belə gözü Barsisin üstündə olacaqdı.
Və bu günlər taxt-tac ətəyinin adamlarından bir çoxları artıq Bağdad xəlifəsinin iqbalından naümid olaraq, Hecan şəhərindən üz çevirib, xəlifə Məmunu istiqbal etmək üçün Həmədana doğru gəlirdilərsə, digər tərəflərdən pay-piyadə olaraq Həmədana doğru axıb gələn baldırı çılpaqlar küyə düşmüşdülər ki, xəlifə Məmun uzun yolundakı bu və ya digər bir şəhərə varid olanda və şəhərləri tərk eləyəndə küçələrdəki izdihamın başına yağış kimi dirhəm yağdırır.
Buna görə idi ki, bu gün moltanilər karvansarasının nəinki bütün hücrələri bir-birinə yad adamlarla dolmuşdu, hətta karvansaranın dörd bucaq böyük həyətinə tıxanmış bir izdiham açıq havada gecələmək üçün divar diblərində məskən salmışdı.
...İndi onların da hücrələrində iki nəfər yeni müsafir vardı ki, o müsafirlərdən biri üzü divara sarı döşəmə üstündə uzanmışdı, sağ qolunu başı altında yastıq eləmişdi, başında rəngi solmuş yaşıl bir çalması, əynində nimdaş bir əbası vardı. Və bu adamın başı yanında bardaş qurub oturmuş sarışın bir gənc şam işığında dizləri üstündə bir yığın qara atlas tikə-paralarını qara saplı bir iynəylə bir-birinə bənd eləyirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.