Gizlənpaç
Əsl oyundu,mən yumdum,sən gizlən.Mən görməzliyə vururamsən əzizlən.Mən yumdum, –sən oğurla,mən görmürəm...Sən keyfin istiyənkimi böyü, balaMən yumdum,sən işində ol.Məni təftişində olÇal, oyna,yan, qayna,eşil, eşolən, ağna,baxma bozuna, ağına.Bərk ayaqdamənə de ki,sən yum!Yaxşı, mən yumdum,mən – sənin əlində mum!Ey səmum!Görək sənnə edəcəksən.Görək sənhara gedəcəksən.Yaxşı, mən yumdum,Ətəyindən tutubgedirəm hara çəksən.Tutaq ki, mənərəbi ölmüş dəvəyəm,sahibsiz evəm...Apar mənioğlum, balam, nəvəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-gizlenpac
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Başına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Mövizə: Əyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyünƏyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyünBu fəna xatirinə nəfsə cəfa eyləmiyün
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,