Yayda yaylağa gedərlər,Səni sürdülər aranaYayın cırcırama çağıMən də duz basdım yarana.Xəyalın dağlar qoynunda,Yarpızlı dovğa bulayır.Dağda sənsiz qalan yurdunAxşam qurd olub ulayırEvi viran qalan bacım,Gözü-könlü talan bacım.Ala gözə bulud qonur,Göz yaşın qəlbinə axır.Sinəni yandırır, yaxır,Yuxarıdan Tanrı baxır,“Yaxan düymələ, düymələ”.

Yollar uzun, dağlar uzaq,Bu dərd varaqlara sığmaz,Bu dərdi yollara yazaq.Eyvanda qalan kitabıİndi külək varaqlayır.Siz dərəyə qaçan yerdə,

Hələ də bulaq ağlayır.Məhlədə qalan yüyrüyüHansı xəyal yırğalayır?Ağzı açıq qalan evlərAxşam qurd olub ulayır.Xəyal zəncir qırar qaçar,O səsdən ürək çapalar,Ürəyin sinəndən uçar,“Yaxan düymələ, düymələ”.

Bir gün köçün dönər geri,Gözündə ümid işığı,Ürəyində yanıq yeri...Yurd üçün susuz dodağın,“Oxqay” – deyib öpər yeri.Darvazasız məhlələrin,Divarı, daşı kövrələr.Ürəyimdə daşa dönmüş,Gözümün yaşı kövrələr,Susub qəlbimdə inlərəm:“Bəndləri uçuq ellərim,Yaxası açıq evlərim,Yaxan düymələ, düymələ”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets