Yalançı Məhəmməd
Bir Məhəmməd kişi vardı,Ömrü boyuyalan danışardı.Ağır xəstəyə deyərdi ki,eh... küyçü olma,Səndə heç nə yoxdu!Birinəpay versəydi,deyərdi qoyun deyil,toyuqdur.Hər axşam deyərdi:səhər günəşbaşqa cür doğacaq –Təzə, parlaq.Malı itənə
deyərdi: “tapılacaq”,Oğlu davaya gedənədeyərdi: “qayıdacaq!”Elə ürəklə deyərdi ki,Sözünə özü də inanardı,Qəribə xəsiyyəti vardı.Bir vaxt mənə:adamlar ölmür,ulduzlar arasınaköçür demişdi,Məhəmməd kişininözü də köçdü.İndi də kefim pozulandaÇəkilirəm bir yanaBaxıram asimana:ulduzlar çiçək-çiçək.Ulduzlar arasındanMəhəmməd kişininsəsini eşidirəm:– Darıxma, düzələcək,tapılacaq,gələcək,Yaxşı ki, ölmürmüş insanlar,Yaxşı ki, dünyadaMəhəmməd kişi varmış.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-yalanci-mehemmed
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gülər üzlüm, çox ağlama!göz yaşı məlhəm olmayıb.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.