Oğlum Orxan Fikrətoğluna

Göydən Yerə baxılsa, mənKövrək samanca deyiləm.Gümanın ağ haləsiyəm,Hətta gümanca deyiləm.

Əzab torpağı – Yerdəyəm,Ürəyi pərdə-pərdəyəm.Mən kamançanın dərdiyəm,Dərdli kamança deyiləm.

Sözdü mənim son möcüzəm,Özüm də bir kəlmə sözəm.Parça buludca acizəm,Xəfif dumanca deyiləm.

Taleyim bir acı töhfə,Yaralandım neçə dəfə.Güllə-günlərə hədəfəm,Dolu tapança deyiləm.

Bir kimsəm yox çata dada,Yerdə hamı – Yerli adam.Mən qəribəm bu dünyada,Mən bu zamanca deyiləm.

Oktyabr, 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets