Ucbatından
Doğru idik, yalan olduq,Yalan vədə ucbatından.Zağ-zağ əsdi ürəyimiz,Qorxu, hədə ucbatından.
Nökər oldu bəy adımız,Acı daddı həyatımız.İtib-batdı soy adımız,«ov»nan, «zadə» ucbatından.
Fələk – tale yaza-yaza,Zəhər qatdı aşımıza.Söz batmadı başımıza,Yüngül zədə ucbatından.
Yaşadıqca biz yorulduq,Yanıb-yanıb lap kül olduq.Yoxsul idik, yoxsul olduq,Yoxsul dədə ucbatından.
Ta bizə olan olubdu,Güllü baxçalar solubdu.Millət pis günə qalıbdı,Beş-on gəda ucbatından.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-ucbatindan
Use ← → keys to move, R for a random poem
More by this author
Paxıl olmamışam uşaq çağımdan,Paxıllığım tutur qoca görəndə.
VII. Köhnə dəyirmandı, daşları təzəÖzü qapqaradır, üzü ağ olsun,Ürək ağrısını soyutdu torpaq.
Qəsidənin tərifiXəbər verin çapara, xəbər verin qasidə,Yaysınlar bu xəbəri, hələ sağdır qəsidə.
Rubainin tərifiGedib gəzib Dubayı,Gəlib yazıb rübai.