Rubainin tərifi
Gedib gəzib Dubayı,Gəlib yazıb rübai.Lap Məkkəni gəzsə də,Havayıdır havayı.
Görməklə iş tam olmaz,Hər kəsdə ilham olmaz,El – hamı şeir yazır,Hər yazan Xəyyam olmaz.
Eşit, ay evi bərbad,Rubai nədir? Həyat!Dörd misradan boylanır,Abu – Atəş, Xaku – Bad.
Hər misra birər – tale,Dili – göylərin dili.Sözlərə dərd bələyib,Çərxi-fələyin əli.
Şəlalə dağdan gəlir,Al lalə bağdan gəlir.Rubai – göydən enir,Rübai – Haqdan gəlir.Rübai – dördbucaqdı,
Həm keçmiş, həm bu çağdı.Ləkində hikmət bitən,Dördləkli baxça-bağdı.
Rəqibdir Günlə, Ayla,Süslənibdi duayla.Burdakı hər kəlməyəZəmindi Allah-Təala.
Gecə-Gündüz, Xeyir-ŞərGəlib burda görüşər.Burda məskundur – Dünya,Burda qaynaşır – Bəşər.
Rübaidə birlik var,Birlik kişidə olar.Burda – Yaz, yay, payız, qışBir yerdə tutub qərar.
Burda yüksüz söz – qəhət!Yüklü sözə də var hədd.Şimal, Cənub, Şərq, Qərb yox,Burda mənadır – cəhət.
Rübaidə söz qıtdı,Az söz, çox dərd dağıtdı.Söz çox olsa göl olar,Göl olsa şeir batdı.
Rübai bilməz – nadan,Yalandan söz oynadan,Yazıq nə götürüb ki,Bu gör-götür dünyadan.
Rübai bilməz – naşı,Əruzdan çıxmaz başı.Onun üçün eynidirSevinc ilə göz yaşı.
O yandan sübhdən bəri,
At çapır bir süvari.Çapıb başa çıxmayıb,Yeddi qulacluq yeri.
Bu yanda bir məst-xumarFikrinə çəkib tumar.Sərxoş, fırfıra başdanSərrast, ayıq söz umar.
Tutub əlində camı,Deyir, gətir boxçamı.Bəlkə orda gizlənib,Sözlərin ən yığcamı.
Di, gəl aləmə bildir,Şərab – «şerab» deyildir.Gördün, sərməst sözlərinNecə sındı, əyildi.
Hər baxçada dürr olmaz!Hər işaran nur olmaz!Şair azad deyilsə,Yazdığı da hürr olmaz!
Gedib gəzib Dubayı,Havayıdır havayı.Şair – şair olmasa,Yaza bilməz rübai.
Avqust-sentyabr, 2006
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-rubainin-terifi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,