Çərx hər ay başına salmış qaşından bir xəyal,Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.

Mahi-növ olmuş qaşın sevdasının sərgəştəsi,Şəhrdən şəhrə gəzər avarələr tək mahü sal.

Etdigiçün hüsnünə qarşu kəmal izharı günBir gün olmaz kim, ona gərdun yetirməz bir zəval.

Sübh qıldın cilvə, gün çəkdi özün bu guşəyə,Şam ərz etdin, rüxün şəm’i əritdi infial.

Qılma gözdən çöhrəvü xalın nihan kim, qılmayaDudi-ahim afitabi çöhreyi-gərdunə xal.

Olmuyub məqbuli-xaki-dərgəhin mahi-təmam,Zə’fi-tale’ verdi gün-gündən ona təğyiri-hal.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, mah nisbət məhv qıl varın təmam,Gər dilərsən bulmaq ol xurşid birlə ittisal.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate