Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Xoş keçər nəzzareyi-hüsnünlə ömrüm, var ümidKim, edib məqbuli-dərgahın məni hüsni-məaş.
Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd,Nola gər qəddim büküb hərdəm, ayağm olsa baş.
Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyacKim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş.
Ey hübabi-əşk, nayab et təni-üryanımıKim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş.
Parə-parə könlümün suzi-dərunə tabı yox,Göz yolundan qətrə-qətrə qan olub, çıxsaydı kaş.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin,Görəyim qüllabi-müjganə urulsun qanlı yaş.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-cismimi-yandirma-rehm-et-yasime-ey-bagri-das
Use ← → keys to move, R for a random poem
More by this author
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz,Cigər pərkaləsində daği-pünhan olduğun bilməz.
Neçə illərdir səri-kuyi-məlamət bəklərizNeçə illərdir səri-kuyi-məlamət bəkləriz,Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.
Təşneyi-cami-vüsalın abi-heyvan istəməzTəşneyi-cami-vüsalın abi-heyvan istəməz,Mayili-muri-xətin mülki-Süleyman istəməz.
Xəlqə ağzın sirrini hər dəm qılır izhar sözXəlqə ağzın sirrini hər dəm qılır izhar söz,Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.