Demiş hər qönçəyə aşiqligim razın səba derlər,El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.

Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox əmmaBizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər.

Sənin mehrü vəfa göstərdigin əğyarə çox gördüm,Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər.

Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər,Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər.

Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, halaGörənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər.

Mərizi-eşq iqdi-zülfün eylər arizu, ziraMüaliclər bu mühlik dərdə müşkildir dəva derlər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə,Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love