Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək,Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək.
Ün verir can riştəsi, xəm qamətimdən çəksəm ah,Yel dəgib çəng üstidə, avazə gəlmiş tar tək.
Sinəmi ney oxların dəldi dəm urduqca könül,Ün verir hər bir dəlikdən nalə musiqar tək.
Arizin üstə xəmi-zülfün anıb, dün ta səhər,Dolanırdım hər tərəf odlarə düşmüş mar tək.
Cismi-zarım tiği-bidadindən oldu çak-çak,Tünd sudən rəxnələr peyda qılan divar tək.
Bilməyib behbudimi cövründən etdim ictinab,Təlx şərbətlərdən ikrah eyləyən bimar tək.
Xatirin cəm’ eylədin, əhli-vəfa könlün pozub,Bir imarət yapmağa min ev yıxan me’mar tək.
Bibəqadır nəş’eyi-mey, zövqin etdim imtəhan,Hiç zövqi-baqi olmaz nəş’eyi-didar tək.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, xatiri-əhli-səfa ayinədir,Çərx cövründən əsər, ayinədə jəngar tək.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ey-konul-cox-seyr-qilma-gunbedi-devvar-tek
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nigara*Mən bayquş olub
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.