Ey məh, mənimlə dustlərim düşmən eylədin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey məh, mənimlə dustlərim düşmən eylədin,Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Peykanlarınla doldu tənim, afərin sənəBidad çəkməyə tənimi ahən eylədin.
Təhsin sənə ki, könlüm evin tirə qoymadın,Hər zəxmi-navəkin ona bir rövzən eylədin.
Olsun ziyadə rif’ətin, ey ahi-atəşin,Möhnətsəramizi bu gecə rövşən eylədin.
Əksilməsin təravətim, ey əşki-laləgun,Gül-gül damıb məqamımızı gülşən eylədin.
Can çıxsa, mənzil etməyə ev tut hübabdən,Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin.
Maqta — the closing couplet bearing the poet’s pen name. Mümkün degil, Füzuli, cahanda iqamətin,Bihudə sən bu mərhələdə məskən eylədin.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ey-meh-menimle-dustlerim-dusmen-eyledin
Use ← → keys to move, R for a random poem
More by this author
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.
Bilməz idim, bilmək ağzın sirrini düşvar imişBilməz idim, bilmək ağzın sirrini düşvar imiş,Ağzını derlərdi yox, dediklərincə var imiş.
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandanBudur fərqi, könül, məhşər gününün ruzi-hicrandanKim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Buraxdı xakə hüsnün afitabi-aləmarayiBuraxdı xakə hüsnün afitabi-aləmarayi,Götürdü yer üzündən möcizi-ləlin Məsihayi.
Poems by other poets · Nature and spring
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
KənarındaBugün bir gözəlin seyrinə vardım,Əlində şanəsi tel kənarında.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Bu daqalGözdə cadugərlik, xalda fitnəlik,Canım üzdü, zülfi-ənbər bu daqal,