Ey xədəngi-qəminə sineyi-əhbab hədəf
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey xədəngi-qəminə sineyi-əhbab hədəf,Müntəzir xəncəri-müjganinə canlar səf-səf.
Xaki-dərgahinə hər sübh sürər gün üzünü,Qaliba ondan ona hasil olubdur bu şərəf.
Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinəSəbəbi-qeyd ola, zənciri-süturi-müshəf.
Saldı dəryayə səba xəncəri-qəmzən vəhminKi, çıxarmayə dəxi gövhəri-nasüftə sədəf.
Ey könül, aləmə aldanma, sənə rəng verir,Xakdir kim, onu gəh lə’l qılır, gah xəzəf.
Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə,Cəhl ilə hasili-övqati-şərif etmə tələf.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ey-xedengi-qemine-sineyi-ehbab-hedef
Use ← → keys to move, R for a random poem