Əksi-rüxsarın ilə oldu müzəyyən mirat
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at,Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.
Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər,Can içində əlif etsəydi qəbuli-hərəkat.
Xət bu məzmun ilədir tərfi-zənəxdanındaKi, bu zindanın əsirinə yox ümmidi-nəcat.
Kakilin qıldı müqərrər mənə sərgəştəliyi,Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.
Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə,Öylə kim, mərdümi-mün’im verə möhtacə zəkat.
Afərin cövhəri-məqbulinə kim, aləmdəMümkün olmaz bu sifat ilə ki, sənsən bir zat.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, vərə’ü zöhd ilə mö’tad oldun,Bilmədin halını, bihudə keçirdin ovqat.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-eksi-ruxsarin-ile-oldu-muzeyyen-mirat
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mövlayə şükr ki yar gəldi,Şirin ləb gül-üzar gəldi,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Bir ləhzə istəməm olasən dur, mən səniBir ləhzə istəməm olasən dur, mən səni,Gözdən-könüldən , ey gözimə nur, mən səni.