Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim!Eylədin mərdümə nəm olduğun izhar mənim.

Dəhənin istərəm, ey eşq, yox et varlığmKi, yox olmaqda bu gün bir qərəzim var mənim.

Çıxmış əğyar ilə seyr etməyə ol mərdümi-çeşm,Bu əcəb, mərdümi çıxmış gözüm ağılar mənim.

Bu təmənnadə ki, ol şəm’ ilə həmsöhbət olam,Dudi-ah etdi dünüm tək günümü tar mənim.

Mövc ilə könlümü, ey əşk, qopar yanımdan,Nalə ilə başım ağrıtdı bu bimar mənim.

Çıxmış ol şux bu gün tökməyə qanın görənin,Girmə ey göz, kərəm et, qanıma, zinhar mənim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, dərü divarə qəmim yazmaqdanŞahidi-hali-dilimdir dərü divar mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets