Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıq
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gəl, ey rahət sanan əsbab cəm’in, qılma nadanlıq,Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq.
Murad ər səltənətdən kami-dildir, nəfsə tabe’ sən,Nə hasil səltənət adilə qılmaq bəndəfərmanlıq.
Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatirKi, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.
Nə tale’dir bu kim, aləmdə ağaz etmədim bir işKim, ol işdən sərəncam etmədim, hasil peşimanlıq.
Maqta — the closing couplet bearing the poet’s pen name. Mənə zülmi-sərih ol kafər eylər, kimsə mən’ etməz,Füzuli, küfr olurmu gər desəm yoxdur müsəlmanlıq?
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-gel-ey-rahet-sanan-esbab-cemin-qilma-nadanliq
Use ← → keys to move, R for a random poem
More by this author
Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd,Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd.
Hiç sünbül sünbüli-zülfün kimi mişkin degilHiç sünbül sünbüli-zülfün kimi mişkin degil,Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.
Hər hübabi-əşkimə bir əks salmış peykərimHər hübabi-əşkimə bir əks salmış peykərim,Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eyləHəzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!
Poems by other poets
زد آتش افروخته در آب و گل من
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Dürüst olmamışKamil ovçu durub ov bərəsində,Atmaz xədəngini dürüst olmamış.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,