هر که در بزم بلا جام توکل در کشید
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
هر که در بزم بلا جام توکل در کشیداز خمار محنت و غم درد سر کمتر کشید
نشئه ذوق ظفر در ساغر بزم بلاستای خوش آن مستی که می مردانه تن ساغر کشید
طالب نام نکو را نیست باکی از بلاگنج گر باید نباید بیمی از اژدر کشید
هر که جایز دید بهر مهر صرف نقد جانبی تردد نو عروس ملک را در بر کشید
زان سبب شد پایه رفعت مسلم ابر راکز شعاع برق شمشیری ببحر و بر کشید
زان جهت بگرفت عالم را سراسر آفتابکز فروغ خویش بر روی زمین خنجر کشید
دور در بربود گردون را ز ره تا صبحدمصبحدم چون شد ز بیم سر بسر در کشید
غالبا ترسنده از تیغی که بر فتح ملکشاه دارا قدر جم جاه فریدون فر کشید
آن بلند اختر که در پیش نظر مرقوم یافتنقش هر کامی که بر لوح دل انور کشید
آسمان قدری که در صدر علو اقتدارپنجه اقبالش از فرق فلک افسر کشید
نیست غیر از نام او ذکر زبان روزگارذکر او بر رشته نظم زبان گوهر کشید
شام جم جاه فلک رفعت که از خاک درشگر غباری خواست سر بر طارم اخضر کشید
با شکوه سلطنت صاحب قران عالم استبهر فتح مملکت هر جا که او لشکر کشید
توسنش را آسمان از نقره مه نعل بستمحملش را چون قطار ناقه هفت اختر کشید
نقش بند رغبتش بهر تماشای ملوکبر بساط حکم کسری صورت قیصر کشید
کلک نقاش رضایش بهر تزیین دیاربر سریر ملک دارا نقش اسکندر کشید
شاهباز نصرتش محروسه آفاق راهمچو صید کشته بهر طعمه زیر پر کشید
رغبتش بر هر چه غالب شد تمتع بر گرفتهمتش از هر چه نفرت کرد دامن بر کشید
سروری کز بهر بزم افروزی ملک از ازلساغر همت ز دست ساقی کوثر کشید
در گلستان ولایت تا دهد گلهای فتحگلبن قدرش نم از سرچشمه حیدر کشید
گردباد عرصه جولان او روز مصافمیل اثبات هنر در چشم هر صفدر کشید
نیست مقدور بشر بر روی اهل روزگارخوان احسانی که آن شاه ملک منظر کشید
گاه اظهار کرم از خرمن احسان اومور جای جو بمنزلگاه خود جوهر کشید
از عطایش دهر بختی زمین را یاد کردوز کرانی تا نیندازد بنه چنبر کشید
در حصول مقصد از دوران نمی خواهد مددپادشاهی را چه باید منت از چاکر کشید
در تمنای دل از گردون نمی گردد حساببی نیازی را چه باید ناز فرمان بر کشید
ای فلک قدر ملک رفعت که دست همتتپرده تخفیف بر تعظیم هر سرور کشید
بیم تیغت رسم غفلت را ز عالم بر فکندپنبه از گوش جگرداران هر کشور کشید
سرگران را بهر دفع خواب غفلت روزگارنقش شمشیر تو بر بالین و بر بستر کشید
بس که اقبال تو پی در پی سپه مانند ابرگه بسوی باختر گه جانب خاور کشید
از اثرهای سپه بر صفحه روی زمینبهر تحریر خط فتح ظفر منظر کشید
کردی از درگاه قدرت سوی دریا برد بادسرمه کرد آن گرد را دریا بچشم تر کشید
حرفی از خلق عظیمت خواند در گردون ملکداغ شوقت بر دل بر جیس و ماه و خور کشید
تخت و تاج سلطنت نقش تو دارد کز ازلطرح این منصب بنامت ایزد داور کشید
سرورا حاجت گه خلق است در عالم درتزین سبب دولت فضولی را سوی این در کشید
هست امیدم که احکام ترا اجرا دهدآنکه بر رخسار خوبان خطی از عنبر کشید
Bəla bəzmində hər kim təvəkkül camını içdi,Qəm, möhnət xumarlığının başağrısını az çəkdi.
Zəfər zövqünün nəşəsi bəla bəzmi badəsindədir,Xoş o sərxoşun halına ki, bu badəni mərdanə başına çəkdi.
Yaxşı ad sorağında olan bəladan qorxmaz,Xəzinə istəyən, əjdahadan çəkinməməlidir.
Sevgi yolunda can nəqdini verməyi cayiz bilən,Şübhəsiz, mülk təzə gəlinini qoynuna alar.
Ucalıq məqamı buluda ona görə nəsib oldu ki,İldırım şüası ilə dənizə və quruya qılınc çəkdi.
Dünən gecə sübhə kimi fələyin əynində zireh var idi,Səhər açılan kimi başının qorxusundan qalxanı başına çəkdi.
Dara rütbəli, Firidun məqamlı, Cəm cəlallı şahın Ölkəni almaq üçün çəkdiyi şəmşirdən çəkinirlər.O ulduzu uca ki, gözünün qabağında cızıldı,
İşıqlı könül lövhəsinə çəkdiyi hər bir naxış.O asiman rütbəli ki, ülvi qüdrəti ilə İqbalının pəncəsi fələyin tacını başından aldı.
Cəm cəlallı, fələk hündürlü şah ki, qapısı torpağından Qalxan hər bir toz yaşıl göyə baş vurdu.Səltənət dəstgahı ilə aləmin sahibqıranıdır,
Ölkə almaq üçün hər yerə ki, o, qoşun çəkdi.Atına göylər aydan gümüş nal vurdu,
Yükünü, dəvə qatarı kimi, Yeddi ulduz çəkmişdir.İstəyinin naxış vuranı şahların tamaşası üçün,
Kəsra hökmü büsatına Qeysərin şəklini çəkmiş.Diyarı bəzəmək üçün razılıq nəqqaşının qələmi,
Dara ölkəsinin təxtinə Iskəndərin şəklini çəkdi.Qələbə qartalı üfüqlər arasında olan ölkələri Öldürülmüş ov kimi yemləmək üçün qanadı altına almış.
Nəyə rəğbət etdisə, ondan kam aldı,Himməti nədən nifrət etdisə, ondan üz döndərdi.
Elə bir sərvər ki, mülkünün bəzmini parlatmaq üçün əzəldən,Saqiyi-Kövsər əlindən himmət camını içmişdir.
Vilayət gülüstanında qələbə çiçəklərinin açması üçün,Rütbəsinin fidanı Heydər bulağından su içmişdir.
Vuruş günü cövlan etdiyi meydanın burulğanı,Hünərini isbat üçün hər bir igidin gözünə mil çəkmiş.
O mələk simalı şahın ruzgar əhlinin üzərinə açdığı Ehsan süfrəsi bəşərin qüdrətindən kənardır.Kərəm göstərən vaxt onun ehsan xırmanından Qarışqa yuvasına arpa yerinə cəvahir daşıyar.
Bəxşişindən fələk yerin zəifliyini yad edib,Ağırlıqdan, yükü salmasın deyə, qənbər çəkdi.
Məqsədinə çatmaq üçün dövrandan mədəd istəməz,Padşah nə üçün gərək nökərindən minnət çəksin?
Könlümün təmənnası nə üçün gərək tabeinin nazını çəksin?Ey fələk qüdrətli, mələk rütbəli ki, himmət əlin,
Hər bir sərvərin əzəməti üzərinə əlçatmaz pərdə çəkmiş.Qılıncının vahiməsi qafil olmaq rəsmini aləmdən götürdü,
Hər bir ölkənin cigərlilərinin qulağından pambığı çıxartdı.Azğınların qəflət yuxusundan oyanması üçün ruzgar Sənin şəmşirinin naxışını yastığın üzərinə çəkdi.
Sənin iqbalın o qədər ki, bulud kimi qoşunu,Gah şərqə, gah qərbə çəkdi,
Qoşununun izlərindən yer üzünün səhifəsinə Zəfər xəttini yazmaq üçün sətir çəkmişdir.Külək sənin qüdrət dərgahından dənizə bir toz apardı,
Dərya o tozu yaşlı gözünə sürmə elədi.Gərdunda əzəmətli əxlaqından mələk bir söz dedi,
Şövqünün dağını Bərcisin, Ayın və Günəşin könlünə çəkdi.Şahlıq təxtü tacı üzərində sənin adına yazmış.
Çünki əzəldən ulu Tanrı bu rütbəni sənin adına yazmış.Sərvərim, aləmdə qapın xalqın niyaz yeridir,
Bu səbəbdən bəxt Füzulinin bu qapıya çəkib gətirdi.Ümidim var ki, sənin hökmlərini yerinə yetirsin O kimsə ki, gözəllərin üzünə ənbərdən bir xətt çəkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qeside-22
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Ey yalançi çərxu-qəddar,Məni neylədin, fələk?
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Gedin deyin Lələ bəyəGedin deyin Lələ bəyə,Bu naleyi-əfğanımı.
Sən gəldin dünyaya – bəxtəvər oldumSən gəldin dünyaya – bəxtəvər oldum,Açıldı qanadım, açıldı qolum.