Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş,Nola cürmi ki, asılmasına fərman olmuş.
Şahisən mülki-məlahətdə, sənə qullar çox,Biri oldur ki, varıb Misrdə sultan olmuş.
Rəhm edib aşiqini həşr günü yaqmayalarKi, bu dünyada əsiri-qəmi-hicran olmuş.
Dedilər qəm gedirər badə, çox içdim, sənsizQəmi-hicranə müfid olmadı ol qan olmuş.
Bağibani-çəməni-dəhrə xəyali-dəhəninSəbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.
Adəm əvvəl səri-kuyin verib almış cənnət,Eşidib təni-mələk, sonra peşiman olmuş.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, mənim əhvalimə bir vaqif yox,Böylə kim, aləm onun hüsnünə heyran olmuş.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-dil-ki-sermenzili-ol-zulfi-perisan-olmus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.