Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm,
Od çıxar ağzından, etməzmi həzər kim yanə şəm.
Nola qeyrət atəşi canım əritsə mum tək,
Bu nə sözdür kim, demişlər arizi-cananə şəm.
Arizi-canan ilə bəhsi-kəmali-hüsn edər,
Dil ucundandır ki, hər saət düşər nöqsanə şəm.
Kah ayağı bağlı, gah boynu, nədəndir bilməzəm,
Bir pəri eşqində olmuşdur məgər divanə şəm.
Nola canım qamətin istərsə, könlüm arizin,
Rəsmdir aləmdə bülbül gül sevər, pərvanə şəm.
Qıl şəbistanı münəvvər kim, nisarın qılmağa
Riştədən dürlər çəkib cəm eyləmiş damanə şəm.
Ey Füzuli, şövqdən yaxdın tənin ruzi-visal,
Netdin, ey qafil, gərəkməzmi şəbi-hicranə şəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-dil-uzadir-behs-ile-ol-arizi-xendane-sem
Use ← → keys to move, R for a random poem
More by this author
Ey təğafül birlə hər saət qılan şeyda məni,Vaqif ol kim, öldürər bir gün bu istiğna məni.
Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!Virdim həmişə müshəfi-rüxsarın ayəti!
Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idiAh, the happy days when thy dear face was aye before my sight,When the lamp of union with thee filled the eye of hope with light.
Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imişEy xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş,Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.
Poems by other poets · Love
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
Bilmədinmi sənŞəbnişin eyləyib yola düşmüşəm,Yar, mənim gəldiyim bilmədinmi sən?
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,