Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş,
Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.
Bir pəri silsileyi-eşqinə düşdüm nagəh,
Şimdi bildim səbəbi-xilqəti-adəm nə imiş.
Vaiz ovsafi-cəhənnəm qılır ey əhli-vərə,
Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.
Oxu köksümdən ötüb, qalmış imiş peykanı,
Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş.
Ey Füzuli, məzeyi-saqiyü səhba bildin,
Tövbə qıl, ta biləsən zərqü riya həm nə imiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ey-xos-ol-mest-ki-bilmez-qemi-alem-ne-imis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Çörək dostuBir az yeyər, içər keyfi durular,açılar rəngi,
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Qəzəl: İç şərabi-nab, özün, saqi, mənə məstanə baxİç şərabi-nab, özün, saqi, mənə məstanə baxGah çeşmi-şəfqət ilə, gahi bi-rəhmanə bax