Keyfiyyəti-şəhadət oldur ki, çün məsafi-Bədrdə sipahi-İslam və ləşkəri-küffarmüqabilə qıldılar, sipahi-küffar doqquz yüz əlli mübariz və ləşkəri-İslam üç yüzmücahid olub və təmamiyi-ləşkəriİslamdə yetmiş mərkəb və altı zireh və səkkizşəmşirdən qeyr yoxdi.

İki canibdən səflər mürəttəb olduqda səfi-küffardan üç kimsənə meydanaçıxdı: biri Ütbə bin Rəbi’ə, biri Şəybə bin Rəbi’ə, biri Vəlid bin Ütbə. Və ləşkəriİslamdandəxi üç mübarizi-ənsari onlara müqabil oldular. Küffar mübarizləriənsar mücahidlərindən sual etdilər ku: Siz nə tayifədənsiz? Dedilər: “Ənsardan”.Nida qıldılar ki: “Ey Məhəmməd, bizim ənsarla ədavətimiz yoxdur, bizəəqranımızdan mübariz göndər”. Həzrəti-Rəsul Übeydə bin Harisi və Həmzə binƏbdül Müttəlibi və Əli İbn Əbi Talibi anların meydanına irsal etdi.

Müqabil olduqda, Übeydə bin Haris Ütbəyə müqabil olub və Həmzə Şəybəyəbərabər durub və Əli İbn Əbi Talib Vəlidə müqarin düşüb ibtidayi-hərbdə Həmzəzərbi-tiği-abdarla Şəybəyi həlak edüb və Əli tə’neyi-şəmşiri-saiqəbarla Vəlidiqətl qılub düşmənlərinə qalib oldular. Əmma Übeydə bin Haris və Ütbə binRəbi’ə bir-birin məcruh edüb, aqibət Ütbə Übeydəyə bir zəxmi-münkər urubayaqdan buraxdı və Həmzə və Əli ittifaqla Ütbəyi qətl edüb, Übeydəyi götürübHəzrəti-Rəsul xidmətinə yetürdilər. Übeydə bihuş ikən kəndü özünə gəlüb gözünaçdıqda Xaceyi-Aləm cəmalın görüb ayıtdı: “Ya Rəsulullah, Ələstu şəhidən”.Həzrət buyurdu ki, nə’əm, sən sərdəftəri-şühədasan”. Və Übeydə ol halətəmübahat edüb darülhərbdən müraciət etdükdə mənzili-Rövhadə darül-qəraraintiqal etdi və mənzili-məqsuda yetdi. Şe’r:

Ey xoş ol kim, həyatı olduqcaÖmrü sərfi-rəhi-şəriət edə.Müddəti-ömrü axir olduqdaBu cahandan şəhadət ilə gedə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets