Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.
Cənnət üçün mən’ edən aşiqləri didardən,Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.
Eşq dərdindən olur aşiq mizaci müstəqim,Aşiqin dərdinə timar etsələr, bimar olur.
Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-husnun-olduqca-fuzun-esq-ehli-artiq-zar-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Ol mah vüsalilə xoş et bir gecə halim,Ey əxtəri-tale’ qoma boynunda vəbalim!
Olmaz oldu görüb əhvalımı el xublara aşiqOlmaz oldu görüb əhvalımı el xublara aşiq,Eşq nəhyində bu rüsvalığ gör şər’ə müvafiq.
Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlilRəhrövi-irfanə bəsdir sağərü saqi dəlilKim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.
Səbrim alıb fələk, mənə yüz min bəla verərSəbrim alıb fələk, mənə yüz min bəla verər,Az olsa bir məta’, ona el çox bəha verər.
Poems by other poets · Love
(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin