Tökdükcə qanımı oxun, ol asitan içər,Bir yerdəyəm əsir ki, toprağ qan içər.

Əhli-zəmanə qanına çox təşnədir zəmin,Qanın kimin tökərsə fələk, ol zəman içər.

Mey içmədən açılmaz imiş babi-məğfirət,Sövgəndlər bu babdə piri-müğan içər.

Üqbadə Kövsər istəməsin rindi-meykədə,Dünyadə bəs degilmi meyi-ərğəvan içər?

Qəmzən görünməyib gözə, qanlar içər müdam,Zahid kimi ki, badəni eldən nihan içər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Meydən əgərçi tövbə verir el Füzuliyə,Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern