Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.
Məgər divanədir sevdayi-əbrusilə zahid kim,Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.
Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdənVə ya peykanların kim, atəşi-dil onu su eylər.
Rəhi eşqində olman təngdil sevda hücumundan,Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.
Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?”Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!”
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli zülfünə bağılandı, əmma öylə incəldiKi, guya zə’f onu həm zülfünə bir tari-mu eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-girib-meyxaneye-mug-mesrebile-kim-ki-xu-eyler
Use ← → keys to move, R for a random poem
More by this author
Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!Tutma zühhadın müxalif pəndini, peymanə tut!
Ey kəmanəbru, şəhidi-navəki-müjganinəmEy kəmanəbru, şəhidi-navəki-müjganinəm,Bulmuşam feyzi-nəzər səndən, sənin qurbaninəm.
Ey könül, yarı istə, candan keçEy könül, yarı istə, candan keç,Səri-kuyin gözət, cahandan keç!
Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyənEy geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən,Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən.
Poems by other poets · Love
“Səndən mənə yar olmaz” operettasından*Səni görən gündən
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
تا زلف تو بربست به رخ پیرایهبر عارض تو فکند مشکین سایه