Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar,Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.
Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.
Könül mir’atını eylər mükəddər əql təklifi,Xoş ol bibaklər kim, tərki-namü nəng tutmuşlar.
Fəzayi-ömrdən guya degillər qönçə tək vaqifOlar kim, özlərin dünya üçün diltəng tutmuşlar.
Məni, kim səngsari-möhnətəm bazari-eşq içrə,Bəla daği çəkən Fərhad ilə həmsəng tutmuşlar.
Ləbin dövründə zahidlər tutub meyxanələr küncün,Qılıb təsbih tarın tərk, zülfi-çəng tutmuşlar.
Maqta — the closing couplet bearing the poet’s pen name. Səhər bülbüllər əfğanı degil bihudə gülşəndə,Füzuli naleyi-dilsuzinə ahəng tutmuşlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-muqevves-qaslarin-kim-vesme-birle-reng-tutmuslar
Use ← → keys to move, R for a random poem
More by this author
Gətir, saqi, qədəh, bil kim, təəllül fövti-fürsətdir,Bu firsət var ikən fövt etmə kim, fürsət qənimətdir.
Gətir, saqi, qədəh, boldunsa hali-dəhrdən agəhGətir, saqi, qədəh, boldunsa hali-dəhrdən agəhKi, dövran üzrədir peyvəstə sübhü şamü salü məh.
Gətir, saqi, qədəh kim, eyş xoşdur gül zəmanindəGətür, saqi, qədəh kim, eyş xoşdur gül zəmanində,Zaman fövt etmə dəhrin qüsseyi-sudü ziyanində.
Gətir, saqi, qədəh kim, bağü səhra laləzar olduGətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu,Əcəb fəsli-xücəstə, mövsimi-xoşruzigar oldu.
Poems by other poets · Love
تا سحر سودایِ آن زلفِ چو زنجیر است و من
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,