Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir,Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.
Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin,Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.
Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun,Qəbul eylərmi bu rüsvalığ hər kim ki, aqildir.
Nə müşkil halı olsa aşiqin mə’şuq edər çarə,Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir.
Fəraq əyyami seylabi-sirişkimdən xəbər tutmaz,Qiyamət macərasından gör, ol zalim nə qafildir.
Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə,Yox özgə elminə inkarımız, bu elmə cahildir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli, el səni Məcnundan əfzun der məlamətdə,Buna münkir degil, Məcnun dəxi mə’qulə qaildir.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-meni-zikr-etmez-el-efsaneyi-mecnune-mayildir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
چون تو از غم ندیده ای خواریاز غم ما کجا خبر داری؟
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,