Hər kitabə kim, ləbi-lə’lin hədisin yazələr,

Rişteyi-can birlə zövq əhli onu şirazələr.

Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,

Şəhrə düşmüş "mən səni sevdim" deyən avazələr.

Şeyxlər meyxanədən üz döndərərlər məscidə,

Bitəriqətlər gərək kim, doğru yoldan azələr.

Çaklər göksümdə, sanmın kim, açıbdır tiği-eşq

Könlümün şəhrinə mehrin girməyə dərvazələr.

Ey Füzuli, yar əgər cövr etsə, ondan incimə,

Yar cövrü aşiqə hər dəm məhəbbət tazələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love