Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!
Əyilib səcdəyə, salma fərağət tacını başdan,
Vüzudən su səpib, rahət yuxusun gözdən uçurma!
Saqın, pamal olursan buriya tək, məscidə girmə
Və gər naçar girsən, onda minbər kimi çox durma!
Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!
Cəmaət izdihami məscidə salmış küdurətlər,
Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!
Xətibin sanma sadiq məscidin, qövlilə fel etmə,
İmamın sanma aqil, ixtiyarın ona tapşurma.
Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin,
Kərəm qıl, zərqi taət surətində həddən aşurma!
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-konul-seccadeye-basma-ayaq-tesbihe-el-vurma
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Dağlara-dağlaraMəcnun deyə Leyli ünü,Düşdü dağlara-dağlara.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,