Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Yetirdi başini gərdun ayağə bari-möhnətdən,
Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?
Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,
Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?
Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,
Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?
Yetər, cəm eylə bari-məsiyət, təğyiri-ətvar et,
Həya qıl, yoxmudur insafın, ol kim, var yetməzmi?
Hidayət mənzilinə yetdilər səyilə əqranın,
Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?
Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,
Tutan damani-şəri-Əhmədi-Muxtar, yetməzmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-konul-yetdi-ecel-zovqi-ruxi-dildar-yetmezmi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ömrümün yazısanQənbər Hüseynli bəstələmişdir*Sən gözəl ömrümün baharı, yazısan,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.