Könlüm açılır zülfi-pərişanını görgəc,Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,Bağrım dəlinir navəki-müjganını görgəc.

Rə’nalıq ilə qaməti-şümşadı qılan yad,Olmazmı xəcil sərvi-xuramanını görgəc?

Çox eşqə həvəs edəni gördüm ki, həvasınTərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm,Imanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,Etməzmi həya lə’li-dürəfşanını görgəc?

Maqta — the closing couplet bearing the poet’s pen name. Sən hali-dilin söyləməsən, nola, Füzuli,El fəhm qılır çaki-giribanını görgəc.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love