Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,
Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz.
Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı,
Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.
Fəna mülkinə çox əzm etmə, ey dil, çəkmə zəhmət kim,
Bu tədbir ilə dəfi-dərdi-hicran eyləmək olmaz.
Saqın, könlüm yıxarsan, pənddən dəm vurma, ey naseh,
Həvayi-nəfs ilə bir mülkü viran eyləmək olmaz!
Dəhanın üzrə ləlin istəmiş dil, dəfi müşküldür,
Görünməz hiç cürmü, yox yerə qan eyləmək olmaz.
Dualar eylərəm, məndən yana bir dəm güzar etməz,
Nə çarə, sehr ilə sərvi xuraman eyləmək olmaz.
Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən,
Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-konulde-min-qemim-vardir-ki-punhan-eylemek-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Bəstəri-bəla bimarlarının və badiyeyi-fəna dilfigarlarının biri Əyyubi-bəlakeşdirki, nəvidi-"İnnəllahə yuhibbu kullə qəlbin həzin" dili-pakın məxzənicəvahiri-
Fəsli-ibtilayi-Həzrəti YəqubZümreyi-ərbabi-bəla və firqeyi-əshabi-ənanın biri Yə’qub Nəbi, biri həzrəti-Yusufu-siddiqdir. Həzrəti-İmam Rüknəddin əleyhirrəhmə tərcümeyi-"Sureyi-
Fəsli-ibtilayi-XəlilullahDiyari-bəla müsafirləri və əqari-əna mücavirlərinün cümləsindən biri məhbubi-Maliki-Cəlil Həzrəti-İbrahim Xəlildür ki, ta xəl’ətixilqətlə sərəfraz olduvə xəlvəti-xüllətdə şərəfi-məhrəmiyyət buldu, hərgiz hücumi-bəladan əman bulmadı və süduri-hadisədən fariğ olmadı. Cümlə bəladan biri oldur ki, Nəmrudi-mərdudun atəşi-istilası zəbanə çəküb və səhabi-təsəllüti barani-bəla töküb istid’a qıldı ki, ol təlayi-təmam-əyarə atəşi-suzanla tab verə və ol şəm’i-şəbistani yaxud, zülmətsərayi-küfrinə nuri-sürur yetürə. Əlqissə, Həzrəti İbrahim məncəniqə girdikdə və məlaikə anı atəşə mütəvəccih gördükdə münacat etdilər ki: "Ya Rəb, cəmi’i-bəni-Adəmdən bir kimsənədir ki, sənün əhədiyyətinə mö’tərifdür və ibadətünlə müttəsifdür, anı yandırmaq istərlər. Rüxsət ver ki, müavinət qılub anı bu təhlükədən xilas edəlim". Həzrəti-İzzətdən xitab gəldi ki: "Mülazimətinə gedün, əgər müavinət istərsə, mələd edün". Bu işarətlə Mələküssəhab hazır olub ayıtdı: "Ey Xəlil, rüsxət versən seylabi-siyasətlə ə’danın naireyi-fəsadın müntəfi qılub, binayiinadın fənayə verməyə hazır olmuşam". Və mələkül-ərz ayıtdı: "Əgər işarət olsa qövmi-Nəmrudi Qarun kibi təhtüs-sərayə çəkməyə əzimət qılmışam". Həzrəti-Xəlil ayıtdı: "Ey ümmali-karxaneyidünya və ey hüffazi-qəvanini-nizami-əşya! Səlahi-behbudimdə bənim ixtiyarım və dostdan gələn dərdin dərmaninə bənim iqtidarım yoxdur". Şe’r:
Fəsli-ibtilayi-İsa əleyhissəlamTəriqi-məhəbbət sabitqədəmlərinin və sərapərdeyi-möhnət məhrəmlərininbiri İsayi-mücərrəddir ki, suzənvar əsbabi-dünyadan keçüb sərrişteyi-fəna