Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,
Gör nə cahildir, yonar daşdan öziçün, bir rəqib.
Qaşların yayi bir ox lütf eyləmiş hər aşiqə,
Mən həm ondan eylərəm bir ox təmənna, ya nəsib.
Tutiyayi-xaki-payin feyzinə yol bulmasam,
Nuri-çeşmim, eyb qılma, kor olur derlər qərib.
Müztəribdir çareyi-dərdimə, vəh kim, bilməyib
Bir dəvasız dərdə uğratmış özün miskin təbib.
Bərqi-ahimdən evim hər guşə bulmuş rəxnələr,
Gəl gör, ey gül kim, giriftari-qəfəsdir əndəlib.
Ey mənə səbr et deyən hali-dilimdən bixəbər,
Eşq olan yerdə nədir aram, ya neylər şəkib?
Ey Füzuli, incimə səndən təğafül qılsa yar,
Rəsmdir kim, göstərə əhbabə istiğna həbib.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-kuhken-sirine-oz-neqsin-cekib-vermis-firib
Use ← → keys to move, R for a random poem
More by this author
Buldu kuyindən dəva dərdi-dili-bimarımız,Sən ağasan, biz quluz, kuyindədir timarımız.
Xəm qədilə ağlaram ol türreyi-tərrarsızXəm qədilə ağlaram ol türreyi-tərrarsız,Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.
Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmazTəriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz,Qina qılsam tələb, əsbabi-cəm’iyyət təmam olmaz.
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməzFəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz,Cigər pərkaləsində daği-pünhan olduğun bilməz.
Poems by other poets · Love
Dəhrin fəna mübarizəgahi-həyatına,Hökmi-qəza əlilə atılmışdı bir səbi.
DustNədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust
Yada düşdüGördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,