Saqi, kərəm eylə, cam gəzdir!Durma, qədəhi müdam gəzdir!

Dövranə çox e'tibar qılma,Gəzdir qədəhi, qərar qılma!

Tök alıb ələ gümüş sürahi,Zər sağərə ruhbəxş rahi.

Sərf eylə riayətimdə əltaf,Tənhalığımı gör, eylə insaf!

Şüğlüm bu büsat içində çoxdur,Səndən özgə, mədədçi yoxdur.

Həmdəmligim ilə ar qılma!Məndən nifrət şüar qılma!

Gər bilməz isən ki, mən nə zatəm,Nə zülməti-çeşmeyi-həyatəm,

Feyzi-hünərim şərabdan sor,Suzi-cigərim kəbabdən sor.

Tutsan əlini məni-fəqirin,Həqq ola həmişə dəstgirin.

Mən şairi-Musiyi kəlamənı,Sahirlərə mö'cüzi-təmaməm.

Mən sahiri-Babili nəjadəm,Harutə bu işdə ustadəm.

Söz dərkinə sərf edib fərasət,Əmlakına bulmuşam rəyasət.

Gəh tərzi-qəsidə eylərəm saz,Şəhbazını olur büləndpərvaz.

Gəh də'bi-qəzəl olur şüarım,Ol də'bə rəvan verər qərarım.

Gəh məsnəviyə olub həvəsnak,Ol bəhrdə istərəm düri-pak.

Hər dildə ki, var, əhli-razəm,Məcmui-fünunə eşqbazəm.

Bir kargərəm həzarpişə,Canlar çəkib istərəm həmişə

Dükkanım ola rəvaci-bazar,Hər istədigin bula xiridar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern