Bu, ərzi-ədəmi-qüdrətdir və üzri-fiqdi-qüvvətdir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Arayişi-söhbət eylə, saqi!
Ver badə, mürüvvət eylə, saqi!
Bir cam ilə qıl dimağımı tər,
Lütf eylə, bir iltifat göstər!
Qəm mərhələsində qalmışam fərd,
Nə yar, nə həmnişin, nə həmdərd.
Həmcinslərim təmam getmiş.
Söz mülkündən nizam getmiş,
Bu bəzmdə sən qalıbsənü mən,
Bu bəzmi gəl edəlim müzəyyən!
Sən ver badə, mən eyləyim nuş,
Mən nəzm oxuyum, sən ona tut guş!
Bir dövrdəyəm ki, nəzm olub xar,
Əş'ar bulub kəsadi-os'ar.
Ol rütbədə qədri-nəzmdir dun
Kim, küfr oxunur kəlami-mövzun.
Bir mülkdəyəm ki, gər udub qan,
Məzmuni-ibarətə çəkib can,
Min riştəyə türfə lə'l çəksəm,
Min rövzəyə nazənin gül əksəm,
Qılmaz ona hiç kim nəzarə,
Derlər gülə xar, lə'lə xarə.
Ancaq deməzəm ki, xaki-Bağdad
Alayişi-nəzmdəndir azad.
Yoxdur bir mülk bu zamanda
Kim, nəzm rəvacı ola onda:
Nə Hind, nə Fars, nə Xorasan,
Nə Rumü Əcərn, nə Şamü Şirvan.
Olsaydı birində bir süxənsənc,
Əlbəttə, əyan olurdu ol gənc.
Gəncineyi-nəzm gizli qalmaz,
Sanmın günəş olsa, nur salmaz.
Kanı necə kim nihan tutar daş,
Eylər onu lə'l aləmə faş.
Hala məgər iqtizayi-dövran
Oldur ki, ola o gənc pünhan.
Dövran ilə mən nəqiz seyrəm,
Dövr əhlindən məgər ki, qeyrəm.
Dövran istər ki, xar ola nəzm,
Biizzətü e'tibar ola nəzm,
Mən müntəzirəm verəm rəvacın,
Bimar isə, eyləyəm əlacın.
Ol nəfyi-kemali-hikmət eylər,
Lazım bilirəm xəsarət eylər.
Tə'miri-xərabə qalibəm mən,
İnşəallah ki, qalibəm mən.
Saqinamə
Saqi, mədəd et ki, dərdməndəm!
Qəm silsilesinə paybəndəm.
Qem dəf inə cami-mey dəvadır,
Tədbİri-qəm eyləmək rəvadır.
Səndən nə inayət olsa vaqe,
Fikr etmə ki, məndə ola zaye.
Mən bir sədəfəm, sən əbri-niysan,
Ver qətrəvü al dürri-qəltan.
Sənsən xurşidü mən siyəh xak,
Ver atəşü al cəvahiri-pak.
Rəhm et ki, qəribü xaksarəm,
Bimunisü yarü qəmküsarəm.
Ol bir neçə həmdəmi-müvafiq,
Yə'ni şüərayi-dövri-sabiq
Tədrİc ilə gəldilər cəhanə,
Tə'zim ilə oldular rəvanə.
Dövran oları müəzzəm etdi,
Hər dövr birin mükərrəm etdi.
Hər birinə hami oldu bir şah,
Zövqi-süxənindən oldu agah.
Türkü ərəbü əcəmdə əyyam
Hər şairə vermiş idi bir kam.
Şad etmiş idi Əbunüvası
Haruni-xəlifənin ətası.
Bulmuşdu səfayi-dil Nizami,
Şirvanşəhə düşüb girami.
Olmuşdu Nəvaiyi-süxəndan
Mənzuri-şəhənşəhi-Xorasan.
Söz gövhərinə nəzər salanlar,
Gəncinə verib gühər alanlar
Çün qalmadı, qalmadı fəsahət,
Ərbabi-fəsahət içrə rahət.
Ol taifə çəkdi xirqəye baş,
Halətlərin etməz oldular faş.
Ta olmaya rəsmi-şe'r məfqud,
Əbvabi-fünuni-nəzm məsdud,
Lazım mənə oldu hifzi-qanun,
Zəbti-nəsəqi-kəlami-mövzun.
Naçar tutub təriqi-namus,
Rahətdən olub müdam mə'yus,
Əhdi sözə üstüvar qıldıra,
Əş'ar demək şüar qıldım.
Çün xəlqə xilafi-müddəayəm,
Onlar zə'mincə süst rayəm.
Hər söz ki, gəlir zühurə məndən,
Min tə'nə bulur hər əncüməndən.
Eylər həsəd əhli bağlayıb kin,
Təhsin əvəzinə nefyü nifrin.
Ümmid ki, rəf olub küdurət,
Təğyirpəzir ola bu surət.
Ol qövm bu gülşənə girəndə,
Bu gülşən içində gül dərəndə,
Gül tazə idivü səbzə növxiz,
Təprəndikcə nəsimi-gülriz,
Onlar gülü dərdilər, məni-zar
Hala dilərəm dərəm xəsü xar.
Bu bəzmə olar verəndə təzyin,
Mey saf idi, bəzm həm növayin.
Mey safi olara oldu ruzi,
Qaldı mənə daği-dürd suzi.
Bu dürdə mən olmuşam həvaxah,
Bir nəş'ə verərmi, bilməzəm, ah!
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-9
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.