بگشاده گوش تجربه و چشم امتحان
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
بگشاده گوش تجربه و چشم امتحانکردم چو عزم سیر درین تیره خاکدان
در ابتدای حال بباغی رهم فتاددیدم درو عجایب بیحد و بی کران
از جمله دیدم این که یکی باغبان پیرپرورده بهر میوه درختی بسی زمان
می کرد سعی تا بزمانی که آن درختبنمود شاخ و برگ و شکوفه و زان میان
میوه که بود مقصد اصلی ظهور کرددر ابتدا شکوفه باو شد غدا رسان
چون شد بزرگتر ز شکوفه جدا فتادبر شاخ و برک گشت مقرر غدای آن
چندانکه نارسیده و بد طعم خام بودآب از درخت بود بر اعضای آن روان
چندانکه از کمال طبیعت ز تو نداشتبالای آن درخت همی بست کامران
کامل چو گشت گشت مخالف بآن درختمیوه لطیف تر ز درختست بی گمان
ناچار شد که هر دو ز هم دوری کنندبر مقتضای عادت دوران بی امان
گر از درخت دور نسازند میوه رااز دور چرخ می رسد آن هر دو را زیان
هم میوه از گزند هوا می شود تباههم می خورد درخت بسر سنگ جاهلان
چون میوه را نماند تمنای آن درختبیهوده بر درخت چرا می کند مکان
بشنو کنون که چیست درین نکته مدعااین نطفه خبیر خردمند خورده دان
در عالم حقیقت اگر نیک بنگریمیوه تویی درخت منم دهر بوستان
در بوستان دهر به پروردن درختیا قامت دو تاست فلک پیری باغبان
واقف ز شاخ و برگ و شکوفه اگر نهملکست و مال و زن که عزیزند در جهان
روزی که آمدی ز عدم جانب وجودمی کرد زن رعایت تو از درون جان
از شیر چون برید ترا دایه سپهردایم ز ملک و مال منت بود آب و نان
چندان که در معیشت خود عجز داشتیغیر منت نبود هوادار و مهربان
صرف تو شد تمامی نقد حیات منحالا که سر ز کبر کشیدی بر آسمان
در من نماند طاقت بار بلای توزان رو که من ضعیف شدم باز تو گران
زین کارها که لازم عهد شباب تستتا کی ملامتم رسد از پیر و از جوان
می ترسم از هلاک اگر غم فرو خورمبیم فضیحتست اگر برکشم فغان
ای منتهای کار تو فیض کمال قدروی مقتضای ذات تو محض علوشان
با آنکه نیست غیر تو مقبول طبع منعضوی ز جسم خویش بریدن نمی توان
از من قبول کن سخن میوه و درختغافل مشو ز نکته چندین که شد بیان
چون نیست با منت سر یاری و همدمیبا من نه موافق همراز و همزبان
تا کی کشی تو از پی تعظیم من المتا کی گشایم از پی ذم تو من دهان
من از کجا و قرب تو و عرصه وجودهستی تو دسته گل و هر هستی استخوان
همراهی من و تو کجا می رسد بهممن پیر سست رو تو جوان سبک عنان
عالم گرفتنست مراد تو همچو تیغدر پرده غلاف چرا مانده نهان
بی من بری که روی نهد در تو اعتبارتا بانی نه نام ترا هست نه نشان
قدرت چو یافت بچه شاهین بصید خوشبهتر همان بود که بپرد ز آشیان
کامل چو گشت لعل درخشان بآب و رنگحکم طبیعت است که بیرون فتد ز کان
بهر نظام ملک جهان عین حکمتستهر نکته که گفت فضولی ناتوان
İstərdim aləmin işini etmək imtahan,Oldum bu məqsəd ilə cahan seyrinə rəvan.
Əvvəlcə düşdü bir bağa nagəh yolum mənim,Oldu qəribə işlər o bağda mənə əyan.
Gördüm o cümlədən qoca bağban bəhər üçün,Ümmidlə, qayğı ilə əkib bir cavan fidan.
Sə’y eyləmiş o vəqtə qədər ki, budaq verib,Yarpaq açıb, şükufə yetirmiş ağac haman.
Meyvə ki, əsl məqsəd idi zahir olcağın,Əvvəl şükufədən o qida aldı bir zaman.
Ayrıldı bir qədər böyüyüncə şükufədən,Yarpaqla şaxədən o qidalandı durmadan.
Ə’zasinə ağacdan onun su rəvan idi,Tamsız, yetişməmiş böyüyüb boy atan zaman.
Həddi-kəmalə çatmadan o, meyvə daimaÜstündə idi ol ağacın şad, kamiran.
Dəydi, ağacla bir-birinin ziddi oldular,Rəng ilə ətri verdi bu ziddiyyəti nişan.
Meyvə ağacdan incədir, ətri ziyadədir,Olmaz ağacda meyvədəki ətr bigüman.
Ayrılmalıydı meyvə ağacdan dəyən kimi,Verməz təbiət heç kəsə bu hökmlə aman.
Meyvə dərilməz isə ağacdan, bu qaydadır,Dövran əlilə hər ikisinə yetər ziyan.
Həm meyvəni əzib, çürüdüb məhv edər hava,Həm də dəyər ağac başına daş zaman-zaman.
Yoxdursa meyvədə ağaca ehtiyac əgər,Meyvə ağacda tutmamalı boş yerə məkan.
Dinlə məni, ağıllı balam, diqqət ilə sən,Bu incə nüktə sirrini ta eyləyim bəyan.
Salsan həqiqət aləminə yaxşı bir nəzər,Sən meyvəsən, mən isə ağac, dəhr busitan.
Dünya bağında hər ağacı bəsləmək üçün,Qəddi bükük fələk özüdür piri-bağibani.
Yarpaq, şükufə, şaxə əgər bilməsən nədir,Arvadla malü mülküm idi, ey əzizi-can.
Qoydun o gün ki, sən bu cahan mülkünə qədəm,Can şirəsilə cisminə verdi qida anan.
Süddən ayırdı çün səni dövran dayəsi,Malımla, mülküm ilə tapardı tənin təvan.
Möhtac idin mənə nə qədər ki, həyatda sən,Məndən səvay bilməz idin yari-mehriban.
Sərf eylədim yolunda bütün ömrümü, bu günQaldırmısan qürur ilə baş göylərə yaman.
Cismim zəifləşincə göründü yüküm ağır,Məndə bəlanı çəkmək üçün qalmamış o can.
Gənclik üzündən işlədiyin hər əməl üçünYetməzmi tə’nə vurdu mənə hər qoca, cavan?
Udsam bu qəmləri, ey oğul, qorxuram öləm,Rüsvay olaram, qorxuram, etsəm əgər fəğan.
Ey feyzinin kəmali edən qədrimi füzun,Ey izzəti mənə sayılan şövkət ilə şan!
Səndən səvay yoxsa da candan mənə əziz,Dırnağı ətdən üzməyə qalmış bu gün güman.
Meyvə ilə ağac bizə də bir nümunədir,İbrət götür, gözəl deyilibdir bu dasitan.
Yox meyl səndə çün mənə həmdərd olmağa,Mümkün deyil səninlə olaq yari-həmzəban.
Bəsdir, mənə əzab ilə baş əyməyin yetər,Bəsdir, məzəmmətimlə mənim bağrın oldu qan.
Tutmaz dəxi səninlə mənim ittifaqımız,Mən bir ovuc sümük, sən isə tazə gülsitan.
Yoldaşlığım tutarmı səninlə mənim bu gün,Sən bir çevik cavan, mənəm piri-natəvan.
İstərsən aləmi tutasan bir qılınc kimi,Qın pərdəsində bəs nə üçün qalmısan nəhan?
Mənsiz yaşa, qazan özünə hörmət, e’tibar,Mən maneyəm, yoxunsa bu gün nam ilə nişan.
Şahin balasının var əgər seydə qüdrəti,Əlbəttə, məsləhətdir edə tərki-aşiyan.
Bir lə’l kan içində kəmalə çatıb əgər,Hökmi-təbiət ilə gərək qalmasın nəhan.
Dünyanı nəzmə salmaq üçün hikmət oldu bil,Hər söz ki, söyləmiş bu Füzuliyi-natəvan.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qeside-44
Use ← → keys to move, R for a random poem