Əlminnətü-lillah ki, şəcəreyi-elmü irfan gün-gündən mütənəvve' olub, səməreyi-asarı fəvaid saçmaqdadır, Və nihali-fəzlü ehsan saət-bəsaət təravət alıb dimaği-əhli-imanı müəttər qılmağa tazə-tazə şükufələr açmaqdadır. Hər ayinə nəqşbəndi-nigarxaneyi-vücud kargahi-qüdrətdə bir surəti-mücəddəd çəkməkdən xali olmaz. Və bağbani-hədiqeyi-cud riyazi-hikmətdən hər saət bir nihali-tazə dikməkdən məlamət bulmaz.

Əgər bu təriqeyi-mərziyyə nəhci-istimrar bulmasaydı və bu adəti-mə'hudə müstəmir olmasaydı, bəqayi-süvəri-növiyyə və əfradi-şəxsiyyə zərurət ehtimalı bulmaz idi. Və silsileyi-nizama istehkam müyəssər olmaz idi.

Bu bahri-niligun min mövc hər saət əyan eylər,
Ülul-ebsara bir-bir kəşfi-əsrari-nihan eylər.

Bəşaşət çehreyi-ruzəfzun və əsəri-sürur, əhaliyi izzü e'tibardan xasü əvama bu məzmun vazeh olmuş və vəziü şərif bu surətə ittila' bulmuş ki, iradeyi-qüdrəti-baliğeyi-rəbbani və məşiyyəti-hikməti-kamileyi-sübham müstəd'iyi-istidaməti-rəvaci-şəriət və müstəziyyi-istiqaməti-mülkü millət olub, xəlvətsərayi-fəzilətdə mücəddədən bir şəm'i-füruzan münəvvər etmiş ki, pərtövi-zühurindən ləməati-feyzi-ruhani cəmi'i-afaqa yetmiş.

Yenə gülzari-cahan xürrəmü xəndan olmuş,
Bir gül açılmışü afaq gülüstan olmuş.

Mücmələn bu hekayət kinayətdir ondan və bu rəmzü iyma işarətdir ona kim, təkmili-əsbabi-hüsuli-qayəti-izzü iqbal və tətmimi-aləti-vüsuli-dərəceyi-kəmal təriqjla bəzrəti-mexdumi-ələl-itlaq “əlləzi faqəhü külli raən fil-afaqi”, yə'ni əqza-qüzatül-raüslümin ələl-izzü vəl-iqbali vəddin rəfəəl-lahü mədarice iclalihi ə'la şə'nə iqbalihi.1 Divani-inayəti-əzəli və müqimi-ətiyyati-ləmzəyəlidən mövhibeyi-fərzəndi-dilbənd və ətiyyəyi-xələfi-salehi-səadətmənd birlə sərəfraz olmuşlar. Və dəryayi-arizudə bədriqeyi-tövfiq birlə gövhəri-məqsuda dəstrəs bulmuşlar.

Nəzmi-tarix

Qaziyi-adil Əlaəddini-aliqədr kim,
Hökmi-məqbuli qəzadan hasil etmişdir riza.

Bir xələf vermiş ona İyzəd ki, zati-qabili
Elm cəm'ini, hünər kəsbini etmiş iqtiza.

Nəqdi-qazidir əcəbmi ol nıütəhhər nütfəyə
Olsa tarixi-viladət "Kövkəbi-övri-qəza".

Nəzm

Bihəmdillah ki, bəxti-nikfərcam
Bezəd dəsti-əməl bərdaməni-kam.

Cohanra bəxti-ayini digər dad,
Nihali-elm gül kərdü səmər dad.

Fərazi-təxti-istiqlali-təmkin,
Əlaül izzi vel-iqbali vəd-din,

Müyəssər did əsbabi-bəqara,
Bə dəst avərd əsli müddəara.

Füruzan gəst əz dövlət çirağəş,
Zi gülbərgi müəttər şod dimağəş,

Dirəxti-niyyəti-u şod bərumənd,
Xuda dadəş yeki fərzanə fərzənd.

Mübarək məqdəmü pakizə didar,
Xöcəstə taleü fərxundə asar.

İlahi! Ta cəhan manəd, bəmanəd,
Cəhan ura bekamı dil rəsanəd.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring