Şükr kim, rə'yimcə dövran etdi çərxi-çənbəri,
Tale' oldu feyz bürcündən səadət əxtəri.

Gəldi nagəh bir humayun tairi-fərxündəfal,
Ziyvər almış bir mübarək namədən balü pəri.

Mətlə'i-ənvari-behcət, məzhəri-asari-feyz,
Ehtimalı nəqşdən ari, məayibdən bəri.

Feyzü rifət nüsxəsi, lütfü kərəm məcmuəsi,
Fəzl tumarı, hünər divanı, hikmət dəftəri.

Həm səvadi-nurbəxşi zülməti-abi-həyat,
Həm bəyazi-rövşəni Ayineyi-İskəndəri.

Rabəti-dil hifzinə qat-qat dəruni bir hisar,
Ləşkəri-qəm dəf inə səf-səf xütuti bir çəri.

Filməsəl, hər sətri bir nəxlİ-məarif meyvəsi,
Miücmələn, hər ləfzi bir dürci-məani gövhəri.

Məscidi-əqsa kibi pakizə səhni-səffəsi,
Səf-səf olmuş sətrlərdən pays-payə minbəri.

Vaizi-idrakın ol minbərdə təqrir etdigi
Bir dua kim, sübhü şam olmuş məlaik əzbəri.

Qaşı nun, qəddi əlif, geysuləri cim, ağzı mim,
Bir səmənbər, nazənin məhbubə bənzər peykəri.

Sirri ifşasında qılmış ağzının tərkin dəvat,
Kəsbi sə'yimdə tökülmüş xamə alnının təri.

Sətrlərdir müntəzəm, ya hər biri bir riştədir
Kim, düzülmüşdür ona əsrari-hikmət gövhəri.

Valeh olmıış səfheyi-ruxsarinə əhli-nəzər,
Tazə gəlmiş çöhreyi-pakinə xətti-ənbəri.

Sözmüdür mərqum, ya bimarə göndərmiş həkim,
Kağəzə sarıb bir az parə nəbati sükkəri.

Dilgüşadır, nəş'əsi guya ki, məzmunundadır,
Musili səhbalərin keyfiyyəti-canpərvəri.

Yoxsa təhririn qılan Musil meyindən nuş edib,
Məstlik vəqtində ol məhbuba vermiş ziyvəri.

Gənci-gövhərdir, gədalar nəzri olmuş hifz üçün,
Möhr urmuşlar anın üstünə bəy həzrətləri.

Ol fələkrif ət ki, andan sadir olmaz qeyri-xeyr,
Yaxşı fe'lin yoxdur andan özgə əsla məsdəri.

Var ümidim ki, cəmii-binəvalar üstünə,
Ta əbəd memdud ola zilli-ütufətgüstəri.

Nəsr

Heyni-heyrəti-hirman və əvam-həvani-hicran ki, lisana qüvvəti-iqtidayi-cinan və cinana qüdrəti iqtidayi-lisan mütəəzzir idi qəvafili-məsaliki məhzi-əltaf və rəvahili-mərahili eyni e'taf ilə ehda və ithaf olunan əmtieyi-əxbari-sihhət və cəvahiri-asari-behcətiniz hüsnü vürudu ilə mühərriki-səlasili-übudiyyət və mücəddidi-qəvanini-müxaləsətimiz düşüb ol tərz xameyi-mişkbarın və ol nəqşi-nameyi-məsər-rətasarın hər sətri üruci-rütbeyi-iqtidara bir nərdiban və hər ləfzi hüsuli-dərəceyi-e'tibara bir müjdərəsan olmağın xirədi-xürdmiqdar və əqli-aqilişüar bu izzət ehtimalın mütəcavizül-adə və bu dövlət İstihsalın hevsələdən ziyadə görüb qərqeyi-dəryayi-heyrət və sərgəşteyi-badiyeyi-dəhşət olmaqda ikən dəsti-qeyrət daməni-himmət tutub lazım etdi ki, istiqbali-idraki-məzmununa cövhəri-can və gövhəri-rəvan nisar oluna. Əmma yenə ümumi-inayətinizdən zimmətimizdə olan sənalərin və şümuli-şəfəqatünüzdən niyyətimizdə olan dualərin təxvifi-tövfiqi-müstəd'iyi-istibqayi-həyatımız və mümiddi-istehkami-səbatımız vaqe oldu. İstid'a olunur ki, həmvarə məzəlleyi-ülüvvi-rif'ət və süradiği-sümüvvi-dövlət ətnabi-müasiri-hüsni-fial və övdati-nətaici-lütfi-xisal ilə məfariqi-kafeyi-zənil-e'tiqada və rüusi-ammeyi-ülüləncada muzil və mümtəd ola və həmişə hediqeyi-ərbabi-nəzər və cinani-cənani-əshabi-hünər rəşahəti-əmtari-asari-mərahim və nəfəhati-əzhari-izhari-məkariminizdən nəzarət bula. Həqqa ki, zəmani-mübaədəti-mülazimətinizdə müstəmir olan övqati-zəmimə və həngami-mülaziməti-mübaədətinizdə keçən saati-qeyri-səlimə nə qabili-təhrir və nə daxili-hövzeyi-qəbuli-təqrirdir. Əgər küdurəti-kufbeyi-əhzan dəf'inə əziməti-bustan müsəmməm olunsa, bu fəraq əsərindən sineyi-cuyibar çak və dideyi-hövz nənmak və nihali-turunc turşruy və nəxli-xurma pərişanmuy görünüb nə səbzələrdə fəraqdan bir rəng bulunur və nə bülbüllərdə nişatdan bir ahəng. Və əgər məlaləti-baği-ədimül-fəraq dəf'inə sakini-külbeyi-əhzan olmaq murad olunsa, bu iştiyaq istilasından dili-şəm' suzan və cigəri-pərvanə büryan görünüb rövzənləri ahi-sərd çəkməkdə və divariarı gərdi-küdurət tökməkdədir. Göz hüzurunuzda olan təməttö'ləri uyxuda görməyə qane'dir, əmma giryeyi-biixtiyar uyxuya mane'dir və xatirə müşahidəniz təxəyyüldə hasildir, əmma nə hasil, təxəyyül edib təhəmmül etmək müşküldür.

Qit'ə

Gər şərhi-qəm eyləsəm, ona payan yox,
V'ər səbr həm eyləsəm, ona dərman yox.

Çün təcrübə eylədim vüsalindən qeyr,
Ənduhi-fəraq dərdinə dərman yox.

Təvəqqe ki, mətləi-lətaifi-rəbbani və məşriqi-əvatifi-sübhanidən şümusi-vəsaili rəf i-zülməti-fəraq və biduri-vəsaiti-iqtibasi-ənvari-dəf i-iştiyaq tülu' və zühur edincə bu nəhci-qədim və caddeyi-müstəqim üzərinə qədəmi-hiramət və qələmi-şəfqət sabitü sayir olub əbvabi-təfəqqüd məsdud və əsbabi-təzəkkür məfqud buyurulmaya (Baqi - dövlət müstədam və iqbal bərdəvam bad bərəbbi ibad).

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation