Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu,
Nə hacət dərdini yeydir demək candan, əyandır bu.
Dəmadəm xublər cövrilə artar ləzzəti eşqin,
Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu.
Xədəngi sayəsində xoş keçir övqatını, ey dil
Ki, gülzari-həyatın ziynəti sərvi-rəvandır bu.
Tutuşdum atəşi-dildən, ciyər qanilə qərq oldum,
Əgərçi bir şərarə oddur ol, bir qətrə qandır bu.
Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş,
Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu.
Dedilər bixəbərlər, baği-cənnət kuyinə bənzər,
Xəbər verdi mənə andan gələn adəm, yalandır bu.
Füzuli, qıldı fəryadü fəğanım tirə gərduni,
Hənuz ol mah sormaz kim, nə fəryadü fəğandır bu?
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-eger-cixsaydi-derdin-cismden-derdim-ki-candir-bu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!
İki aşığın deyişməsiQoca aşıq**Cavan aşıq bir qulaq ver amandır,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,