Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,Bir ah ilə verərdi min Bisütuni badə.

Versəydi ahi-Məcnun fəryadımın sədasın,Quşmu qərar edərdi başındakı yuvadə?

Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra,Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.

Əşki-rəvanimə el cəm oldu, var ümidimKim, ola varə-varə cəmiyyətim ziyadə.

Gəh qəmzə içmək istər qanimi, gah çeşminQorxum budur ki, nagəh qanlar ola aradə.

Sərvərlik istər isən, üftadəlik şüar etKim, düşmədən əyağə, çıxmadı başə badə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,Olma vəfayə talib, dünyayi-bivəfadə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love