Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
-Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq**,
Sənə əskik deyil, göydən yağar, yerdən bitər aşiq.
Mənə məqsud tərki-eşq idi, vəh kim, meyi-hüsnün,
Olub gün-gündən əfzun, qıldı gün-gündən bətər aşiq.
Tamaşayi-cəmalından nəzər əhlini mən etmə,
Nə syd ol xub üzdən kim, ona qılmaz nəzər aşiq.
Çəməndə payibusindən olubdur səbzələr xürrəm,
Haman bir səbzəcə olmağa aləmdə yetər aşiq.
Qılırsan min ciyər qan, hər yana baxdıqca, ey zalim
Nə baxmaqdır bu, hər dəm qandan alsın bir ciyər aşiq?
Qırarsan əhli-eşqi, tutalım, kimsə əlin tutmaz,
Nə işdir bu, gərəkməzmi sənə, ey simibər, aşiq?
Nə pərvanə dözər bir şöləyə, nə şəm bir ahə,
Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-olur-ruxsarina-gun-leline-gulbergi-ter-asiq
Use ← → keys to move, R for a random poem