Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüda
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdamMeydə təşviri-hərarət, neydə tə’siri-səda.
Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdirKim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmiAşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda.
Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqəKim, ola sabit həq isbatında nəfyi-maəda.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, intihasız zövq buldun eşqdən,Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qed-enarel-esqe-lil-ussaqi-minhacel-huda
Use ← → keys to move, R for a random poem