Bəxil qılmasa cəm’ etdiyi dirəm sərfin suznak ilə
Bəxil qılmasa cəm’ etdiyi dirəm sərfin,
Nihali-məqsədi sərsəbz olub səmər verməz.
Əlindəki gühəri bəzl qılmasa mümsik,
Şəbi-qəminə əməl müjdeyi-səhər verməz.
Tükənməyincə kəvakib, günəş tülu’ etməz,
Tökülməyincə şükufə, nihal bər verməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qite-9-bexil-qilmasa-cem-etdiyi-direm-serfin
Use ← → keys to move, R for a random poem