Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,Xah mö’min, xah kafər tut, budur dinim mənim.
Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim,Ol qədü rüxsardir şümşadü nəsrinim mənim.
Xaki-dərgahin nəzərdən sürmə, ey seylabi-əşk,Qılma zaye’ sürmeyi-çeşmi-cəhanbinim mənim.
Əşk mövci gəzdirir hər yan tənim xaşakini,Mümkün olmaz əşk təhrikilə təskinim mənim.
Çarə umdum lə’li-şirinindən əşki-təlximə,Təlx göftar ilə aldın cani-şirinim mənim.
Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib,Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, hər yetən tə’n eylər oldu halimə,Bu yetər əhli-məlamət içrə təhsinim mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-secdedir-her-qanda-bir-but-gorsem-ayinim-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Leyli camalını görəndə dilbər,Eylədi Məcnun tək divanə məni.
Olmuşam səhra-güzər bir Leyli sevdasında mənOlmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.