Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs,Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs.
Cənnəti kuyinə zöhd əhli münasib desələr,Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs.
Yüzünə durmasın ayinə urub lafi-səfa,Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs.
Gərçi şümşaddə çox lafi-lətafət vardır,Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs.
Qılsa can lə’lin ilən feyz yetirmək bəhsin,Canibi-lə’lini tut, ey könül, et can ilə bəhs!
Düşər od şəm’ dilinə bu səbəbdən ki, qılırDil uzadıb gecələr ol məhi-taban ilə bəhs.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sifəti-hüsnün edər xəstə Füzuli, nə əcəb,Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-xetti-ruxsarin-eder-lutfde-reyhan-ile-behs
Use ← → keys to move, R for a random poem