Bir səhər piri-muğani çün ziyarət eylədim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bir səhər piri-muğani çün ziyarət eylədim,Ayağında baş qodum, çox-çox ibadət eylədim.
Bir əcəb rətli-giran sundu əlümə piri-məst,Aldım içdim, canü dil mülkün imarət eylədim.
Çün məni məst eylədi ol rətlilə piri-muğan,Mən dəxi mütriblə saqiyə işarət eylədim.
Mütriba, rast gu nəvadə çün düzətdir çəngini,Akifi-meyxanəyə çünkim bəşarət eylədim.
Cəm olub kaşanə içrə, nuş qıldıq cami-mey,Sayiqi-məhruyi gördüm, çox şətarət eylədim.
Canü könlü, əqlü dini cümlə verdim saqiyə,Şol ziyangər sofiyə sankim xəsarət eylədim.
Pürgüşayiş olduğumu gördü, der: ey binəva,Çox sevinmə, cismü cani yoxsa qarət eylədim.
Eşidüb pirün sözün, içtüm hüzuri-qəlb ilə,Cümlə isqati-səlatimə kəfarət eylədim.
Bir zaman çün sakini-meyxanə oldum pır ilə,Nəfsi-şum əyyamını xeyli həqarət eylədim.
Maqta — the closing couplet bearing the poet’s pen name. Pirimün bir cürəsinə satmam iki kövni mən,Ey Həbibi, key bilürsən xoş ticarət eylədim.
Kitabxana.az · https://kitabxana.az/en/works/habibi-bir-seher-piri-mugani-cun-ziyaret-eyledim
Use ← → keys to move, R for a random poem
More by this author
Müavin mana ol Sübhan olursa,Bədəndə ruhi-qüdsi can olursa,
Müavin mana ol Sübhan olursaƏla, ey dilbərim, yarım, xərabat,Dilü can içrə dildarım, xərabat.
Dərdi-eşqə hər ki, ol dəmsaz olaDərdi-eşqə hər ki, ol dəmsaz olaOl gərək labüd ki, əhli-raz ola.
Hər kimə həmrah Fəzlullah olaHər kimə həmrah Fəzlullah ola,Ana fəzli-feyz ol Allah ola.
Poems by other poets · Wine and the tavern
Xəndeyi-ləli-ləbin qönçəni xamuş etdi,Nərgisi-məsti gözün şivəsi mədhuş etdi
ÜçBir gün bir şəcər gördüm,Gülünün yarpağı üç.
ساقی، ز کرم پر کن این جام مصفا راآن روح مقدس را، آن جان معلا را
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.